Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2016
22:12
Kredit borcunuz var və siz ödəmirsiniz? - Mütləq izləyin - VİDEO

Banka kredit borcu ilə bağlı zəngi artıq şəxslər yox, xüsusi avadanlıqlar həyata keçirəcək. Kollektor şirkətlərinin işçiləri isə bu üsuldan istifadə etməklə yalnız telefonu açıq olan müştərilərlə danışacaqlar. Mütəxəssislər bildirir ki, bu zaman vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər ki, onların hüquqları tapdanmasın.

Banka borcu olan vətəndaşlara artıq şəxslər yox avtomatik sistemlər zəng edəcək. Bankın və ya kollektor şirkətlərinin işçiləri isə dəstəyi ancaq zəng edilən şəxs açdıqda götürəcəklər.

Bu yeni sistemi Azərbaycanda kollektor, yəni borcları toplamaqla məşğul olan şirkətlərdən biri həyata keçirəcək. Ekspertlər bildirir ki, yeni sistem vətəndaşların hüquqlarını pozmadan fəaliyyət göstərərsə burda qeyri-qanuni heç bir şey yoxdur. Ancaq vətəndaşlar zənglərin gəlmə vaxtına xüsusi diqqət etməlidirlər.

Hüquqşünas Anar Ramazanlı bildirir ki, Azərbaycanda problemli kreditlərin həcminin çox olduğu nəzərə alınarsa kollektor şirkətlərinin sayının və belə xidmətlərinin getdikcə artacağı gözlənilir. Ekspert qonşu Rusiyada kollektor şirkətlərinin borcları toplamaq üçün maraqlı üsullardan istifadə etdiyinə diqqət çəkir.

Avropada fəaliyyət göstərən kollektor şirkətlərinin də borcları toplamaq üçün özlərinə məxsus üsualları var. Məsələn İspaniyada məşhur kollektor şirkətlərindən birinin işçiləri borcları keşiş paltarında toplayırlar. Mütəxəssislər bildirir ki, bu kimi üsullarından bəziləri yerli şərait nəzərə alınaraq yaxın zamanda Azərbaycanda da həyata keçirilməsi mümkündür.

Məqalədə : bank kredit borc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53440

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53128

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52833

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58193

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52476

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52867
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 06:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru