
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını, bütün İslam aləmini təbrik edib. Partiyanın mətbuat xidmətinin yayımladığı təbrik məktubunda deyilir:
“Əziz müsəlman bacı və qardaşlar, möminlər və möminələr, sizləri, başda İmam Zaman (ə.f) olmaqla hamımız üçün müqəddəs olan Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Səmavi kitabların, həmçinin müqəddəs Qurani-Kərimin Qədr gecəsində nazil olduğu Ramazan ayının rəhmət və şəfqətlə dolu günlərini sizinlə birlikdə yaşadıq. Bu əziz günlərdə hüzurumuzu, ağrı-acımızı paylaşmağa, birliyimizi, qardaşlığımızı, dostluğumuzu dərindən hiss etməyə çalışdıq.
Bağışlanmaq, tövbə, dua ayı sayılan Ramazanda Allaha dönmək üçün əllərimizi bir daha açdıq və Böyük Yaradandan günahlarımızdan keçməyi dilədik. On bir ayın sultanı Ramazan məğfirət ayıdır. Allah-Təala bu ayda duaları qəbul edər, günahları bağışlayar, bizləri doğru yola çəkər, sevdiklərimizlə qovuşdurar, qəlbləri Quranın nuru ilə işıqlandırar. İnsanlarda rəhmət duyğularını oyadan bu ay bütün müsəlmanlar üçün həm də bir imtahandır. Ramazanın mühüm keyfiyyətlərindən biri ətrafa biganə qalmamağa, kasıba, mərəzlilərə, başsız körpələrə, şəhid ailələrinə əl uzatmağa, kömək etməyə çağırışdır. Allah-Təaladan diləyək ki, bizləri əziz Peyğəmbərimizin(s) tapşırdığı əmanətlərdən Qurani-Kərim və Əhli-Beytdən(ə) ayırmasın, yola saldığımız Ramazanın rəhmət və bərəkətini bizlərə nəsib etsin, bu bayramın feyzindən xalqımızı binəsib etməsin. Arzu edək və Allahdan istəyək ki, gələn Ramazan bayramına qədər İslamın bayrağı hər yerdə dalğalansın, müsəlmanlar vəhdət taparaq bütün çətinliklərini həll etsinlər, işğal altında qalan torpaqlarımız və bütün müsəlman torpaqları təcavüzlərdən azad olsun, xalqımız firavanlıq tapsın, zindanlarda haqsız yerə qalan mömin qardaşlarımız azadlığa qovuşsunlar inşaAllah.
Bir daha əziz xalqımızı bu fitr bayramı münasibətilə təbrik edir, Allah-Təaladan bizləri gələn Ramazana qovuşdurmağı diləyirik. Amin!"

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi