Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2016
10:55
«Evini kreditlə satanlar da var…»

Hazırda ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Neftin qiymətinin ucuzlaşmasından dolayı yaranan iqtisadi böhran ölkənin bütün sahələrinə mənfi təsir göstərib. Əhalinin gəlirləri azalıb, ticarət zəifləyib, dövlət ipoteka kreditləşməsini ləngidir. Eyni zamanda Rusiya və digər xarici ölkələrdə çalışan azərbaycanlıların da ölkəyə göndərdiyi pullar kəskin azalıb. Bu səbəblər  mənzil bazarında alqı-satqının zəifləməsinə gətirib çıxarıb. 

Son aylarda bina tikintisini davam etdirən MTK-lar sərfəli ipoteka şərtləri ilə bağlı geniş reklam kampaniyasına start veriblər. Amma əhalinin gəlirlərinin azalması fonunda şərtlər vətəndaşın cibinə uyğun deyil.  

Söhbət etdiyimiz rieltorlar-daşınmaz əmlak üzrə vasitəçilər bildirirlər ki, iqtisadi böhran həm əmlak sahiblərinə, həm də müştərilərə mənfi təsir etdiyi üçün son aylarda daşınmaz əmlak bazarında qiymətlərin azaldığı müşahidə olunur. Nəticədə bu ilin yanvar-mart aylarına nisbətən son zamanlar bazarda alıcılıq qabiliyyəti yüksəlib. Bu canlanmaya səbəblərdən biri də Bakının müxtəlif küçələrində söküntü işlərinin aparılmasıdır. Alıcıların çoxu torpaq sahələrinə, həyət evlərinə üz tuturlar. 

"Qiymətlər nisbətən aşağı düşüb. Daşınmaz əmlak bazarına yeni evlər daxil olur",-deyən rieltor Elçin Əliyevin sözlərinə görə, əmlak bazarında baş verən durğunluğun yaranmasının səbəblərindən biri Rusiya amilidir: "Bu bazara pullar əsasən şimal ölkəsində işləyən azərbaycanlıların hesabından daxil olurdu. İndi orda da vəziyyət yaxşı deyil. Neftin qiymətinin aşağı düşməsi və sanksiyalar Rusiyada iqtisadi inkişaf tempinin azalmasına gətirib çıxarıb. Həmçinin bu səbəbdən Bakıda daşınmaz əmlak bazarında alıcı qüvvəsi kifayət qədər deyil. Alıcı qüvvəsinin əksəriyyəti isə ipotekayla ev almağa üstünlük verənlərdir".

E.Əliyevin sözlərinə görə, Bakının "Sovetski" adlanan məhəlləsində və digər ərazilərdə söküntü işlərinin aparılması və əmlak sahiblərinə ödənilən kompensasiya ilə bazara müraciət edən şəxslərin sayı artıb: "Onların əksəriyyəti həyət evi alırlar, ya da kirayədə qalırlar". 

Daşınmaz əmlak üzrə mütəxəssis Anar Nəsirov bildirir ki, ötən aylara nisbətən son zamanlar bazarda canlanma var: "Yəni hiss olunur ki, bazarda alıcı var. Bir ay öncəyə kimi qiymətlər aşağı düşürdü, son zamanlar artdı. Daha dəqiq desək, qiyməti 80 min manata qədər olan evlərin qiymətində artım, ondan yuxarı olan mənzillərin qiymətində azalma müşahidə olunur. 

Bazarda həyət evlərinə tələbat  daha çoxdu. Çünki ucuzdur. Həyət evlərinin qiyməti 10 min manatdan başlayır. Yaşamaq üçün ən yaxşı vəziyyətdə olan evlərin qiyməti 80-90 min manat arasında dəyişir".

A.Nəsirovun sözlərinə görə, son zamanlar yeni satışa qoyulan daşınmaz əmlakların sayı azalıb: "Bazarda vəziyyət yaxşı olanda satışda evlərin sayı artırdı. İqtisadi böhran nəticəsində hətta satışa çıxarılan əmlakların bir hissəsi bazardan çıxarıldı.

Onu da bildirim ki, əmlakının kreditlə satışını da təklif edən şəxslər var. Amma bu çox cüzidir. Unutmayaq ki, bazarda ipotekalı mənzillərin payı çox azdır".

A.Nəsirov bildirir ki, yeni tikilən yaşayış binalarına tələbatın azalmasının səbəbi təkcə qiymətin baha olması deyil, həmçinin bu sahədə dələduzluq faktının artmasıdır: "Belə ki, bəzi tikinti şirkətləri bir mənzili bir neçə nəfərə satırlar. Ona görə də alıcılarda inam qalmayıb. Özlərini riskə atmaq istəmirlər".

Mütəxəssis hesab edir ki, Azərbaycanda daşınmaz əmlak bazarı neftin qiymətinin təsiri altındadır: "Neftin qiyməti artarsa, bazarda canlanma müşahidə olunacaq. Belə olmazsa, vəziyyət daha da pis olacaq".

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, 2016-cı ilin I rübündə (yanvar-mart ayları ərzində) Azərbaycanda 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb.

Hesabat dövründə 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 27 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 17 minə yaxını onlayn üsulla həyata keçirilib. Həmçinin əhaliyə xidmətlə bağlı 20 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib. (Bizimyol)

Məqalədə : Sovetski mənzil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2176

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
278

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
245

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru