Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2016
09:27
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başlayıb

Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrların işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb. Elektron ərizələrin qəbulu 1-17 iyul tarixlərində aparılacaq.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun bu müddətdə elektron ərizə ilə miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. 5.2. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

 

Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru