Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2016
12:56
Azərbaycanda müəllimlər məzuniyyətə buraxıldılar

Bu il Azərbaycanın ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də başa çatması ilə əlaqədar müəllimlərin əmək məzuniyyətinə çıxma vaxtında da dəyişiklik edilib. Təhsil Nazirliyindən  bildirlib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən veriləcək. 

Bu gün bütün orta məktəblərdə müəllimlər üçün başa çatan dərs ilinin sonuncu iş günü olub. Beləliklə də orta məktəblər müəllimlər üçün də yay tətilinə bağlanıb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri, bir qayda olaraq yay tətili dövründə verilir.

Qeyd edək ki, bu ilədək Azərbaycanda orta məktəblərdə tədris ili mayın 31-də başa çatıb, müəllimlər iyunun 16-dan və iyulun 1-dən olmaqla əmək məzuniyyətinə çıxıblar. 

Bu ildən isə dərslər iyunun 14-də yekunlaşıb və müəllimlərə əmək məzuniyyəti  iyulun 1-dən verilib. (Modern)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru