Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2016
12:24
`Kredit oliqarxları`nın əmlakı satışa çıxarıldı - FOTO

Nazirlər Kabineti Azərbaycan Beynəlxalq Bankının qaytarılmayan milyardlarla manat kreditinin əvəzində girov qoyulmuş və "Aqrarkredit" QSC-yə verilmiş əmlakların satışı üzrə Müsabiqə Komissiyasının yaradılmasına dair qərar verib.

Nazirlər Kabinetinin iyunun 26-da dərc edilmiş qərarına əsasən, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında prezident fərmanına əsasən, "Aqrarkredit" ASC-yə verilmiş əmlak satışa çıxarılır.

Bu məqsədlə yaradılan müsabiqə komissiyasına maliyyə nazirinin müavini Azər Bayramov başçılıq edəcək. Komissiyanın tərkibinə İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və "Aqrarkredit"in nümayəndələri daxildir.

Müsabiqə Komissiyası "Aqrarkredit" ASC-in əsaslandırılmış təklifləri üzrə əmlakların satılması və ya kənar istifadəçilərə verilməsi barədə qərar qəbul edəcək. Hər bir əmlak üzrə müstəqil qiymətləndirmə də nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edəcək, əmlakların açıq hərraclarda satışının təşkil edilməsi üçün ixtisaslaşdırılmış təşkilatçıları seçəcək. Qərarda "Aqrarkredit" ASC-yə tapşırılır ki, əmlakların kənar istifadəçilərə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, digər vəzifələri həll etsin.

Qeyd edək ki, Beynləlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına dair fərmandan sonra bankın 5.6 milyard manatlıq problemli aktivləri "Aqrarkredit" ASC-yə verilib. Bura Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həmin kreditlər hesabına inşa etdikləri müəssisələr, daşınmaz əmlak və digərləri də daxildir. Göründüyü kimi "kredit oliqarxları"nın kütləvi həbsi bankdan götürülmüş kreditlərin geri qaytarılmasına əhəmiyyətli təsir göstərməyib və indi hökumət girov qoyulmuş əmlakın satışa çıxarılmasına dair qərar verib.

Lakin həmin əmlakın satışından əldə edilən gəlirlərin bankın verdiyi kreditlərlə adekvat olacağı ağlabatan deyil. Çünki "kredit oliqarxları"nın bankın vəsaitləri hesabına yaratdıqları müəssisələr, tikdirdikləri daşınmaz əmlak bir sıra səbəblərdən dəyərini itirib. Bura həm iqtisadi şərtlərin pisləşməsi, daşınmaz əmlakın ucuzlaşması, həm həmin müəssisələrin əksəriyyətinin fəaliyyətini dayandırmasıdır. Bir qayda olaraq işləməyən müəssisənin dəyəri işləyən və gəlir gətirən müəssisənin bazar dəyərindən aşağı olur.

Bu baxımdan Beynəlxalq Bankın kreditləri hesabına inşa edilən zavodlar və inşa edilən obyektlər, məsələn, Bakıdakı "Globus Plaza", Qaradağdakı Metanol Zavodu, Şüşə Qablar Zavodu, Zaqatala Fındıq Emalı Zavodu, Şəki İpək Kombinatı kimi hazırda fəaliyyətini dayandırmış müəssisələrin,  habelə Hacı İbrahim Nehrəmlinin Xəzər adalarındakı tikintisi yarımçıq qalmış bir neçə yaşayış binasının yeni yaradılan Komissiya tərəfindən satışının asan olmayacağı, əldə edilən vəsaitlərin həmin aktivlərə ayrılmış kreditləri bağlamağa kifayət etməyəcəyi aydındır. (virtualaz.org)

Məqalədə : bank kredit əmlak 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru