Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2016
12:28
Kreditlə oxumaq istəyənlərə İKİ TƏKLİF

"Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən tələbələrə təhsillərini davam etdirə bilmələri üçün iki növ - standart paketlə və güzəştli şəkildə kreditin verilməsi təklif olunur".

Bunu fondun icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır.

R.Mahmud bildirib ki, güzəştli kredit ala biləcək tələbələrin meyarları müəyyənləşdirilib. Bunlar ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir:

“Güzəştli kreditlərin daha uzunmüddətli və daha aşağı faiz dərəcəsi ilə verilməsi təklif olunur. İllik kreditin miqdarı 4 min manata qədərdir. Ümumilikdə 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər”.

R.Mahmud qeyd edib ki, fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir.

Xatırladaq ki, fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək.

Kreditlər illik 8 faizlə hesablanacaq. Fond tələbəyə 10 illik kredit verəcək. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya "YouTube"un rəqibini yaradacaq

16

Dekabr
11:15
DÜNYA
277

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
227

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru