Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2016
13:53
Türkiyədə iş tapa bilməyən müəllimlər Azərbaycana göndəriləcək

Türkiyədə iş tapa bilməyən müəllimlər xaricdə açılacaq türk məktəblərinə göndəriləcəklər.

Xaricə göndəriləcək müəllimlərin Azərbaycana gəlməsi planlaşdırılır.

Artıq Türkiyə Böyük Millət Məclisində qüvvəyə minən Maarif Vəqfi ilə bağlı qanuna görə, ölkənin Təhsil Nazirliyi işlərə start verib.

Türk müəllimlər əsasən Azərbaycan, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə dərs deyəcəklər.

Həmçinin türklərin daha çox olduğu ölkələrdə, işlədiyi dövlətlərdə bu işlərə başlanacaq.

Xaricdəki türk məktəbləri statusundan asılı olaraq yeni Vəqfə daxil olacaq. Amma bu məktəblərdə dərs demək üçün göndərilən müəllimlər Türkiyədəki kimi, dövlət məmuru sayılmayacaq.

Müəllimlərin aylıq maaşları isə işlədikləri və yaşadıqları ölkənin yerli şəraitinə uyğun şəkildə ödəniləcək.

Onların ən yaxşı üstünlüyü diplomatik pasporta sahib olmaları hesab ediləcək.

Türkiyənin Təhsil Nazirliyi xaricdə 12 824 şagirdin təhsil aldığını, bunlardan 47 faizinin qızlar olduğunu deyib.

Qeyd edək ki, 120-ə yaxın ölkədə türk məktəbləri fəaliyyət göstərir. (Modern.az)

Məqalədə : Türkiyə müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Şərhlər
Niyaz Niyazov tərəfindən 18-06-2016 07:33:48 tarixində yazıldı
Müəllim işləmək istəyi barədə
Yazırsınız ki,Türkiyədə iş tapa bilməyən müəllimləri işləmək üçün Azərbaycana yollayacaqlar.Türkiyədəki müəllimlər də bizimkilərdir.Bunun başqa tərəfi də var.Mənim qızım Gəncə Dövlət Universitetini Kimya müəllimliyi istisası üzrə QIRMIZI DİPLOMLA bitirmişdir.Müəllimlik fakultəsini QIRMIZI DİPLOMLA bitirmiş tələbə yenidən imtahan verməlidir ki,MÜƏLLİMLİK STATUSUnu qazana bilsin.Belə də gözəl qanun olar?Əgər dövlət universitetinin verdiyi diplom qanunsuz hesab olunursa,onda həmin universitet və inctitutları bağlamaq lazımdır.Belə təhsil qanunları hansı başqa ölkələrdə var.Bu qanun yenicə universiteti qırmızı diplomla bitirmiş müəllimə tətbiq edilməməlidir.Müəllim işləyərəkdən bir neçə illər keçdikdən sonra həmin üsuldan-qanundan istifadə etmək olar.Dözüləsi dərd deyil.Möhür və qələm kimin əlindədirsə,qanun da onun əlində oyuncaqdır.Başqa düzgün danışan insanlara qulaq asan varmıki? İnsanları insan saymırlar.Ona görə də belə işlər baş verir.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru