Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2016
16:40
Real qiymət artımı yaşayış minimumuna uyğun gəlmir

Azərbaycan qanunvericiliyinə görə, hər bir əmək qabiliyyətli yaşında insan ilə ərzində ən azı 630.5 kq müxtəlif qida məhsulları və 150 ədəd yumurta istehlak etməlidir. 

Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida rasionunda 35.4% süd və süd məmulatlarının, 24.1%-i tərəvəz və kartofun, 21.7% çörək və çörək məmulatlarının, 6.5% ət və ət məmulatlarının (balıq və balıq məmulatları daxil), 6% meyvənin, 2.8% yağların (bitki və kərə), 2.7% şəkər və şirniyyatların payına düşür. Bir sözlə, əmək qabiyyətli bir insanın öz fizioloji mövcudluğunu qoruması, iş qüvvəsini bərpa etməsi üçün tələb olunan minimum qida rasionunun 99.2%-ni yuxarıda qeyd olunan 7 qida qrupuna daxil olan ərzaq məhsulları təmin etməlidir.

FaktXəbər-in verdiyi məlumata görə, bu statistikanı iqtisadçı Rövşən Ağayev diqqətə çatdırıb.

Onun sözlərinə görə, son 1 ildə bu qida qrupundan 6-ı üzrə məhsulların, həmçinin yumurtanın qiymətində xeyli bahalanma olub: «Rəsmi statistikaya görə, son 1 ildə süd və süd məmulatlarının qiyməti 11.2%, çörək və çörək məmulatlarının qiyməti 16.2%, ət, ət məmulatları, balıq və balıq məmulatlarının qiyməti 10%-ə yaxın, meyvə 6.2%, yağlar 25%-dən çox, şəkər və şurniyyatları 16.5% bahalanıb».

İqtisadçı bununla belə əmək qabiliyyətli işçi üçün 2016-cı ilin yaşayış minimumunun dəyərinin 2015-ci ilə nisbətən cəmi 3% və ya 5 manat artırıldığını vurğuladı: «2015-də 141 manat idi, bu il üçün 146 manata qaldırılıb. Hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir. Çünki bu "Yaşayış minimumu haqqında" Qanunun tələbidir. Həmin qanunun 2-ci maddəsinə görə, yaşayış minimumu göstəricisi yoxsullar üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılması, yoxsulluq səviyyəsinin ölçülməsi, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin müəyyənləşdirilməsi üçün əsas göstəricidir. Ona görə real qiymət artımı mütləq yaşayış minimumunun dəyərində öz əksini tapmalıdır».

«Nəzərə alın ki, həmin 146 manata təkcə ərzaq yox, kommunal xidmətlər və sosil xidmətlər (təhsil və səhiyyə) üçün haqlar da ödənməlidir, geyim və ev əşyaları, azyaşlı uşaqlar üçün məktəb ləvazimatları da alınmalıdır. Yeri gəlmişkən, bu il əhali üçün su tariflər də 35%-ə yaxın artılıdı. Göründüyü kimi, ən az artan iqymət 6%, ən yüksək artan 30-35%. Amma yaşayış minimunun dəyərində cəmi 3%-lik artım», - deyə Rövşən Ağayev sözlərini yekunlaşdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54096

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52214

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53654

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58743

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 08:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru