Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2016
14:42
Formula 1 dövlət büdcəsindən nə qədər pul `yeyəcək`?

Bu il beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Onun da çox hissəsini Formula-1 yeyəcək. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu bu gün Bakıda başlayan Formula - 1 Avropanın Qrand Pri yarışını münasibət bildirərkən deyib.

«Bu yarışdan nə qazanıb, nə itiririk sualı hər birimizi düşündürür. Bu sualı müxtəlif müstəvilərdə və maraqlar çərçivəsində cavablandırmaq mümkündür. Mən sualın iqtisadi kontekstdə cavablandırmaq istərdim», - deyən ekspert sözlərinə belə davam edir:

«Nəzərə alaq ki, bir çox idman yarışlarının təşkilindən əvvəl yeni infrasturktur obyektlərinin tikilməsi və mövcud olanların reonstruksiyası əlavə vəsait xərclənməsini tələb edir. Odur ki, qiymətləndirmələr də bu amil də nəzərə alınmalıdır. Belə ki, 2015-ci ilin büdəsinin icrasına dair hesabatdan məlum olur ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1,5 milyard manata qədər vəsait xərclənib. Əsasən idman infrastrukturunun yaradılmasına və bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn belə böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynlxalq səviyyəli idman yarışları ilə bağlıdır. Belə ki, bu ilin büdcəsindən yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 403,3 milyon manat, beynəlxalq və ölkə səviyyəli digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə olaraq 26 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə də bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Böyük ehtimalla bu vəsaitin çox hissəsini bu il iyunun 17-19 -da Bakıda keçiriləcək Formula - 1 Avropanın Qrand Pri yarışı "yeyəcək". Lakin onu da nəzərə almaq lazımdır ki, beynəxlalq tədbirlərin maliyyələşməsinə dövlət büdcəsi ilə yanaşı digər mənbələrdən də vəsait ayrılır. Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki, idman infrastrukturunun formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır və adətən bu məqsədli xərcləmələrin dinamikası pozitiv olur. Odur ki, istənilən halda belə yarışlardan iqtisadi mənada qazanclar itkilərimizdən dəfələrlə az olur».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
195

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
306

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru