Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2016
10:58
Sökülmə sırası yataqxanalara çatır - VİDEO

Bakının xarici görünüşünün getdikcə dəyişməsi nə qədər sevindiricisidirsə, onun görkəminə xələl gətirən yöndəmsiz binaların hələ də mövcudluğu bir o qədər təəssüf doğurur.

Söhbət uzun illərdir baxımsızlıq səbəbindən eybəcər görkəm alan tələbə yataqxanalarından gedir. Yasamal rayonu ərazisində belə yataqxanaların sayı çoxdur. Məcburi köçkünlərin məskunlaşdığı bu binaların boşaldılması zaman-zaman gündəmə gəlsə də, problem hələ də həllini tapmayıb.

Yataqxanalarda yaşayan məcburi köçkünlər də yeni mənzillərə köçürülmələrini istəyirlər. Yataqxana sakini Afər Abbasova deyir: “Hamıımız burda pis şəritdə yaşayırıq zülm çəkirik oğlum nişanlıdır toy edə bilmirəm yer yoxdur qalmağa gözləyirik”.

Afər Abbasova kimi yataqxanada məskunlaşan onlarla ailənin gözü yolda, qulağı səsdədir. Abbas Mirzə Şərifzadə küçəsində yerləşən bu yataqxanada yaşayan məcburi köçkünlər yeni mənzllərə köçürüləcəkləri günü gözləyirlər.

Səkinə xanımla birlikdə onun evinə də baxış keçirik. Yenicə təmirdən çıxan mənzil vizual baxımdan səliqəli görünsə də içəri girər-girməz nəm iyi insanı bihuş edirdi. Ən acınacaqlı məqam isə 10 aylıq Mədinənin bu kəskin qoxunu ciyərlərinə çəkə-çəkə yatması idi. "Bu pərdəni çəkirik, uşaqlar orda yatır, biz burda",- deyə Səkinə xanım bildirir.

Sakinlərin dediklərinə görə, binada qaz olmadığından hamı eletrik sobasından istifadə edir. Bu isə əksər hallarda qısaqapanma və elektrik şəbəkəsində yanğınla müşayiət olunur. Yataqxananın 5-ci mərtəbəsində məskunaşan İradə xanımın isə dərdi nə birdir, nə iki. Əlil uşağı ilə bir otaqda məskunlaşan ana oğlu yeriyə bilmədiyindən onu həyətə çıxartmaqda çətinlik çəkir. Dediyinə görə, 12 yaşlı Rəvan gününü bu nəmişlikdə keçirməyə məhkumdur.

Yasamal rayon İcra Hakimiyyətində də sözügedən yataqxanaların bərbad vəziyyətindən xəbərdardılar. İcra başçısı İbrahim Mehdiyevin sözlərinə görə, aidyyatı qurumlar da bu barədə məlumatlandırılıb.

Ümid edək ki, növbəti mərhələdə köçürülənlər arasında bu yataqxananın sakinləri də olar ki, Afər xanım da oğluna toy çaldıra bilsin. (anspress)

Məqalədə : yataqxana söküntü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48563

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46607

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48241

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47852

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53354

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47462

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47835
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 05:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru