Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2016
11:50
Bakı məktəbləri polis nəzarətində olacaq

FaktXəbər-in məlumatına görə, “Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
 
S. Bağırov bildirib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.
 
Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.
 
Sabah məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Belə ki, sabah Bakı şəhərində keçiriləcək "Formula-1" üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.
 
Qeyd edək ki, bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
243

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
436
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 00:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru