Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2016
16:54
1187
Şəhid atasının kredit problemi həll olundu - FOTO

Aprel döyüşlərində şəhid olan müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin çətin durumda olan atasının problemi həll olunub.

Şəhid atası Kamran Adilzadə çox acınacaqlı vəziyyətə düşüb. Məlum olub ki, şəhidin adına olan krediti atası ödəməkdə çətinlik çəkir.

Kamran kişi bildirib ki, Adil sağlığında vaxtı-vaxtıda krediti ödəyirmiş. Ancaq döyüşlərdə şəhid olan Adilin kreditini indi atası ödəməkdə çətinlik çəkir. Bank isə xəbərdarlıq edib ki, ödəniş olmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, şəhid Adil Adilzadə 17 erməni öldürərək qolundan yaralanıb. Ancaq buna baxmayaraq, döyüşə davam edən Adil bir neçə saat döyüşdükdən sonra düşmən snayperinin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb.

Lakin bu məlumat yayılandan sonra artıq şəhid atasının kredit borcu məsələsi öz həllini tapıb. Milli.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib: "Bu gün informasiya saytlarında aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Adil Adilzadənin atası Kamran Abdullayevin bank krediti problemi ilə bağlı informasiya yayıldı. Məsələ ilə maraqlanıldı və probelm həll edildi. Şəhid ailəsi bu barədə məlumatlandırıldı". (baku.ws)

Şəhid atasının kredit problemi həll olundu - FOTO

Şəhid atasının kredit problemi həll olundu - FOTO

Məqalədə : şəhid kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
706

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
847

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
674

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
700

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
341

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
675

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
690

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
683
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 12:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru