Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2016
17:09
“Facebook”, “Instagram” və “Twitter” populyarlığını itirir

“SimilarWeb” tədqiqat mərkəzinin əməkdaşları internet istifadəçiləri arasında sosial şəbəkələrin populyarlığı ilə bağlı araşdırma aparıb. 

Məlum olub ki, son zamanlar “Facebook”, “Instagram” və “Twitter” kimi sosial şəbəkələrin populyarlıqları azalıb, onların əvəzinə isə messencerlər gəlib.

Araşdırmalar zamanı sosioloqlar Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, ABŞ və Avropadan olan 100 min nəfər internet istifadəçisi arasında sorğu aparıblar.  Bütün bu ölkələr və qitələrdə “Twitter”in istifadəçiləri arasında 23,4 faiz, “Facebook” sosial şəbəkəsinin 8 faizdən çox, “Instagram”ın populyarlığında isə 23,7 faiz azalması müşahidə olunur.

Bundan başqa, araşdırma zamanı müəyyən olub ki, hər bir “Facebook” istifadəçisi gündəlik olaraq saytda 34 dəqiqə, “Instagram” istifadəçisi bundan iki dəfə az - 17 dəqiqə keçirir. Həmçinin məlum olub ki, İspaniyada istifadəçilər daha çox - gündəlik olaraq 23 dəqiqə “Instagram”da otururlar. Braziliyada isə bu rəqəm 12,5 dəqiqə təşkil edir.

“SimilarWeb” tədqiqat mərkəzində hesab edirlər ki, sosial şəbəkələrin əvəzinə daha populyar “WhatsApp”, “Facebook Messenger”, “Line”, “Viber” və “WeChat” kimi messencerlər gəlib. Hazırda onların ümumi auditoriyası 3 milyard akkaunt təşkil edir. (Lent.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15442

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14097

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15536

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15124

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20482

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15029

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15154
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 10:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru