Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2016
12:44
Kirayə evlərdən vergi məsələsinə aydınlıq gətirildi - RƏSMİ

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması barədə məlumatlar yayılıb.

 

Vergilər Nazirliyi bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Qurumun Analitik-informasiya şöbəsindən FaktXəbər-ə saytına bildirilib ki, bu məqsədilə guya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər həqiqəti əks etdirmir.

Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz dərəcə ilə vergi tutulur.

 

Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18463

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17077

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18457

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18021

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23521

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17966

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18090
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 07:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru