Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2016
16:15
“Facebook” şəxsi mesajları oxuyan süni intellekt sistemini istifadəyə verdi

“Facebook” şirkəti “Deeptext” adlı süni intellekt sistemini istifadəyə verib.

Yeni sistem səhifədəki yazıları və istifadəçilərin mesajlarını təhlil edəcək, həmçinin müxtəlif əməliyyatlar təklif edəcək.

Məsələn, istifadəçi öz səhifəsində qabyuyan maşının satışı barədə elan yerləşdirmək istəsə, “Deeptext” süni intellekt sistemi məhsulların satışı üçün nəzərdə tutulmuş xüsusi yazı tipi yaratmağı təklif edəcək.

“Deeptext” sistemi həm də “Messenger” proqramında mesaj mübadiləsi üçün daha geniş imkanlar təklif edəcək. Məsələn, əgər istifadəçi səfər etmək zərurəti haqqında yazsa, sözügedən süni intellekt sistemi bu məlumatı “Facebook”un botuna ötürəcək və sonuncu istifadəçiyə taksi çağırmağı təklif edəcək.

“Deeptext” süni intellektinin əsas vəzifələrindən biri kontentin fərdiləşdirilməsidir. “Facebook” kompüter təlimindən istifadə etməklə istifadəçilərin maraq dairəsini daha yaxşı anlamaq və onlara müvafiq kontent təklif etmək niyyətindədir.

Digər bir mühüm məsələ istifadəçiləri sosial şəbəkənin digər iştirakçılarının təhqir və aqressiv davranışından müdafiə etməkdir. “Deeptext” yalnız mətn mesajlarında deyil, həm də şəkillərdə aqressiyanı ayırd edə bilir.

Süni intellekt sistemi 1 saniyə ərzində 20 dildə bir neçə min yazını təhlil edə bilər. Məlumat üçün bildirək ki, hər saniyədə “Facebook” sosial şəbəkəsində təxminən 6700 yazı və 2100 şərh generasiya edilir. Lakin yazışmaların robot tərəfindən oxunulması istifadəçilərin narazılığına səbəb ola bilər.

2016-cı ilin mayında mesajların tərkibinin oxunması və sosial şəbəkə istifadəçilərinin bir-biri ilə mübadilə etdikləri istinadların skan edilməsinə görə “Facebook” şirkətinə qarşı kollektiv iddia qaldırılıb.

 

Xatırladaq ki, Mark Zukerberqin şirkəti süni intellektin öyrənilməsi üzrə üç laboratoriya inşa edib. Sonuncu belə laboratoriya 2015-ci ilin iyununda Parisdə açılıb.

Məqalədə : Facebook süni intellekt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13079

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11767

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13190

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12769

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18134

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12626

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12766
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 02:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru