Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2016
15:30
Azərbaycanda `kreditlə` həcc ziyarəti təklif olundu
Zəvvarlar üçün ayrılan yerlərdən 250-si boş qalıb

Azərbaycandan bu il həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən 250-si boş qalıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, 100 yer VİP ziyarət, 150 yer isə nisbətən zəif şəraitli ziyarət üçün olandır.

İdarə sənəd qəbulunun bu ayın sonuna kimi başa çatacağını bildirib və ziyarətə getmək istəyən zəvvarlara tələsməyi tövsiyə edib. QMİ-dən bu il ilk dəfə olaraq zəvvarlara ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıldığı da bildirilib.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-i başlayacaq. 

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. 

Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. 

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. 

Ötən il həm də həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Məqalədə : QMİ Həcc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43139

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41463

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43017

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42527

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48059

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42555

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42908
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 21:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru