Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2016
14:42
1458
Azərbaycan 500 milyon kredit üçün Dünya Bankına müraciət etdi

Azərbaycan Dünya Bankından (DB) “Cənub qaz dəhlizi”nin (CQD) reallaşmasına 500 milyon dollar kredit cəlb etmək istəyir.Bu haqda bankın Bakı nümayəndəliyindən məlumat verilib. “Azərbaycan tərəfi DB-yə müraciət edərək CQD-dəki payının maliyyələşdirilməsi üçün 500 milyon dollar kredit ayrılmasını istəyib”, – deyə bankın nümayəndəsi bildirib. Onun sözlərinə görə, layihənin benefisiarı kimi “Cənub qaz dəhlizi” QSC çıxış edəcək.

Bankın nümayəndəsi qeyd edib ki, müsbət cavab alınacağı təqdirdə kredit vəsaitləri dövlətin zəmanəti ilə veriləcək.

“Layihənin hazırlanması ilə bağlı bütün məsələlərin, danışıqların aparılması və bankın direktorlar şurasının kreditin ayrılmasını təsdiqləməsinin 2016-cı ilin sonunadək yekunlaşdırılacağı planlaşdırılır”, – deyə mənbə qeyd edib.

“Cənub qaz dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa çatdırılması üçün boru infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 42-45 milyard ABŞ dolları civarında qiymətləndirilir.

Layihədə Azərbaycanın payı 14 milyard dollar təşkil edir ki, onların 7 milyard dolları borc vəsaitlərdən ibarətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
323

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
220

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
203

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
233

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
221

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
290

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
233

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
246

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
251
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 19:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru