Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2016
12:03
Bu gün pul deyil, müştərilərin etimadını qazanmaq zamanıdır...

Bu gün bank müştəri münasibətlərində qəribə bir mənzərə yaranıb. Banklar sanki özlərinin fəaliyyətinin  kökündə nəyin və kimin dayandığını unudublar. Başa düşmək istəmirlər ki, onların fəaliyyəti bilavasitə müştərinin mövcudluğundan asılıdır. Bu səbəbdən müştərinin inamını öldürmək, özü oturduğu ağacın budağını kəsmək qədər təhlükəlidir.

Bankların illərdir apardığı yanlış siyasətin nəticəsidir ki, bu gün həm onlar özləri və həm də onların müştəriləri xarici valyutada verilmiş milyardlarla manat kreditlərin girovuna çevriliblər. Manatın iki kəskin devalvasiyasından sonra bu kreditləri ödəməkdə aciz qalmış müştəriyə, “krediti də, onun faizini də, ödəməlisən, gecikməyə yol verərsənsə hələ sənə cərimə də hesablanacaq” kimi bir yanaşma heç bir ölçüyə sığışmır. Banklar yaranmış vəziyyətdən maksimum az itki ilə çıxmaq xətrinə müştərilərə qarşı amansız mübarizə yolu seçiblər. Bu itki əslində onları ziyana aparan itki deyil. Onlar sadəcə olaraq nə yolla olur olsun kreditləri verdikləri zaman nəzərdə tutduqları mənfəəti əldə etməyə çalışırlar. Bir sözlə, yaranmış durumda müştərilərə real ola biləcək güzəştlər barəsində düşünmək belə istəmirlər. Əvəzində xarici valyutada aldıqları kreditləri ödəmək üçün manat yükü iki dəfə artmış müştəridən maksimum yararlanmaq yolunu seçiblər. Bu isə yaralanıb xeyli qan itirmiş bir insana yardım etmək əvəzinə, onun  damarlarından faiz və cərimə adı altında əlavə qan almağa bənzəyir. Bankın öz müştərisini bu qaydada ayaqlaması ola bilsin ki, ona bu gün müəyyən mənfəət gətirəcək, ancaq sabahı düşünmək gərəkdir. Müştərinin inamını sındırmaq asandır, lakin onu bərpa etmək çətin və uzun bir prossesdir. Bankların müştərilərlə sərgilədiyi bu münasibət artıq cəmiyyətdə hər kəsə bəllidir.

Bu vəziyyəti hansı qurumlar nizamlamağa borcludurlar? Yaranmış vəziyyətin tənzimlənməsi üçün öncə Mərkəzi Bank, sonradan isə Maliyyə Bazarlarına Nəzarət Palatası tam səriştəsizlik nümayiş etdirdi. Bu iki qurumun rəhbərliyi dayanıb gözləyirlər ki, onların yerinə bu məsələni ölkə Prezidenti həll edəcəkdir. Cənablar Prezidentin qayğıları kifayət qədərdir. O, bu gün bizim üçün Qarabağ kimi yaralı bir məsələmizin həlli ilə məşğuldur. Xarici valyutada olan kreditlərin məzənnə fərqi problemini isə yanlış pul-kredit siyasəti aparıb vətəndaşlara bu kreditlərin zorla xarici valyutada verilməsinə şərait yaratmış, etdikləri yanlışlıqlara rəğmən cəmiyyətdə nüfuzunu tam itirmiş Mərkəzi Bankın rəhbərliyi və bu günlərdə yetərincə səlahiyyətlər alıb, lakin onları istifadə etməkdə acizlik nümayiş etdirən Nəzarət Palatasının rəhbərliyi həll etməlidir. Bu problemin həllinə bu gün üz çevirməyən və bunun qarşılığında “özəl bir qurumun işinə heç kim müdaxilə edə bilməz” kimi primitiv bir düşüncə tərzi sərgiləyən banklara münasibətdə isə bir başqa yanaşma edilməlidir.

Düşünürəm ki, “ipə-sapa” yatmayan bu bankları zaman ilə müştərilərə seçim qoymayaraq kreditləri zorla xarici valyutada götürməyə məcbur etdikləri üçün məhkəməyə vermək lazımdır. Məhkəmələr isə Konstitusiyanın tələblərini pozaraq müştərinin manatla kredit almaq istəyinin əvəzində ona krediti yalnız xarici valyutada verən bankların rəhbərlikləri və onların aidiyyəti işçiləri barəsində lazımı ölçü götürməlidirlər. Bax onda banklar başa düşəcəklər ki, onlar dövlət içində dövlət ola bilməzlər! Bu dövlətin vətəndaşlarına qarşı belə haqsızlıq etmək olmaz! Bu dövlət onların dəstəkçisidir və o bunun belə olduğunu dəfələrlə sübut edib. Nəhayət, banklar başa düşəcək ki, onlara çətin məqamlarda yardımçı olan dövlət, öz vətəndaşlarına bundan artıq yardımçıdır. O indi sadəcə olaraq, hələ ki, bankların davranışını müşahidə edir... 

Fikrət Yusifov  

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 

Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
195

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
306

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru