Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2016
11:26
Xızıda mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov əldə edə bildiyi məlumatları ümumiləşdirib

2 gün əvvəl Xızıda çoxsaylı ölüm və xəsarətlə nəticələnən mikroavtobus qəzası ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov içərisində müəllimlərin olduğu avtobus qəzasına münasibət bildirərkən deyib. Ekspert hadisənin tam təfərrüatlarının ona tam  aydın olmamasına baxmayaraq, əldə edə bildiyi məlumatları ilkin olaraq ümumiləşdirib. Həmin analizi diqqətinizə çatdırırıq:

1. Hadisə sərt dağ yolunda baş verib. Həmin yola yaxşı bələd olaraq vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir. Ümumiyyətlə dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydaları var. Həmin qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də dağ yollarına çıxmamalıdır.

2. Avtobusların hərəkəti üçün də xüsusi təhlükəsizlik qaydaları var. Ən başlıcası odur ki, hətta çarter reysi (yəni xüsusi sifarişlə) olsa da, avtobus marşrutu hər yoldan salına bilməz. Avtobusla səyahət zamanı marşrutun keçəcəyi yollara xüsusi önəm verilməli və müəyyən parametrlərə görə təhlükəli yollardan marşrut keçməməlidir.

3. Avtobus sürücülərinin məhz sərnişin nəqliyyatını idarə etmə üzrə xüsusi qaydaları mükəmməl bilməsi vacibdir. Bu qaydaları öyrənməmiş sürücüyə avtobus verilməməlidir. Sadə görünsə də, "D" kateqoriyalı vəsiqə hələ avtobus sürə bilmək deyil. Xüsusi təlim (əsasən də təhlükəsizliklə bağlı) keçməyən sürüc avtobus sürməməlidir.

4. Sifarişlə avtobus seçərkən mütləq avtobusun texniki vəziyyətinə və sürücünün kimliyinə xüsusi diqqət yetirilməlidir. Hər adama və hər texnikaya etibar etmək olmaz.

5. Səyahət vaxtı avtobus sürücüsünün özünü nəzarətdə saxlamaq lazımdır (istirahət etməsini, nə yeyib-içməsini, necə idarə etməsini və s.). Bu zaman sürücünün işinə müdaxilə yolverilməzdir. Xüsusən də, sürücüyə, "burdan sür" və ya "belə sür..." kimi təsirlər yolverilməzdir. 

6. Magistral əhəmiyyətli yollardan kənara çıxarkən çox diqqətli olmaq lazımdır. Nəzərə alın ki, ölkəmizin yollarında hələ çoxlu sayda nişan və başqa texniki vasitələrin çatışmazlığı var. Belə çatışmazlıq periferik yollarda daha çoxdur. Ona görə də qəfil sürprizlə rastlaşmamaq üçün həmişə diqqətli olmaq lazımdır və s...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
180

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru