Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2016
09:56
1275
AMB-nın dövlət təşkilatlarına verdiyi zəmanətli kreditlərin vaxtı keçib

Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən, dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir.

Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir.

 

Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.

 

Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən, Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən " Azəraliminium" ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), "Azərenerji" ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), "Azərbaycan Hava Yolları" QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.

Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir ki, bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.

Məqalədə : Mərkəzi Bank 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
324

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
221

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
204

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
234

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
222

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
291

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
234

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
247

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
252
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 19:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru