Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2016
12:08
İmmuniteti gücləndirir, arıqladır... - SOYUQ DUŞUN İNANILMAZ FAYDALARI

Soyuq duşun faydaların ilə bağlı bir çox tarixi faktlar var. Finlandiya, Rusiya, Tayland, Koreya və Yaponiya kimi ölkələrdə bu ənənə hələ də davam etdirilir. 1920-ci illərdə Vincenz Priessnitz adlı bir cütçü soyuq duşu bir anda məşhur edib. Hidroterapiya adıyla tibdə bir müalicə kimi təqdim edilən soyuq duşun bir çox xəstəliyə yaxşı təsir etdiyi sübut olunub. 20-ci əsrin ikinci yarısında isə hidroterapiya məşhurluğunu itirir. Çünki insanlar həkimlərə və dərmanlara daha çox güvənməyə başlayırlar. Bununla belə, etibarlı bir müalicə üsulu olaraq hidroterapiyadan istifadə davam edir.

Hidroterapiyanın - soyuq duşun faydalarını sadalayırıq.

İmmuniteti gücləndirir

 

Soyuq duş soyuqdəymə, qrip və infeksiyalara qarşı qoruyucu təsirə malikdir. Aparılan araşdırmalardan birində 6 həftə boyunca həftədə 3 dəfə 14 dərəcədə soyuq suya girən insanlarda 2 tip ağ qan hüceyrəsi (monosit və lemfosit) sayında artım müşahidə edilib.  Limfositlər bakteriya, virus və toksinlərin aradan qaldırılmasında çox əhəmiyyətli rola malikdir. Tədqiqatçılar bədənin özünü isitmək istəməsi nəticəsində artan maddələr mübadiləsi sürətinin immunitet sistemini fəaliyyətə gətirdiyini və beləcə, daha çox ağ qan hüceyrəsi istehsal etdiyini düşünürlər. Buna görə nizamlı olaraq soyuq duş qəbul edənlərdə soyuqdəymə, qrip və hətta bəzi xərçəng növləri riski azalır.

 

Qan dövranını yaxşılaşdırır

 

Fəal qan dövranı ürək-damar sağlamlığı üçün çox əhəmiyyətlidir. Soyuq duş qəbul etməyiniz qan dövranını yaxşılaşdırır. Soyuq suyla təmas edildiyində qan damarları daralır. Bu daralma qanın axış sürətini artırır. Qan dövranının yaxşı olması yüksək təzyiqin qarşısını alır və qan damarlarını möhkəmləndirir. Qan dövranı yaxşı olduqda bütün bədən sistemləri daha yaxşı işləyir. Beləliklə, daha yaxşı görünüş təmin edir və insan özünü daha yaxşı hiss edər.

 

İstiliyi nizamlayır

 

Soyuq duş bədən istiliyini çıxararaq, stressi dəf edir. Beləcə, bədən aktivləşir. Əgər xroniki olaraq soyuq əl və ayaqlardan şikayətçisinizsə və ya çox tərləyirsinizsə, soyuq duşu qəbul edin.

 

Maddələr mübadiləsini sürətləndirir və arıqladır

 

Qəhvəyi yağ hüceyrələri, ağ yağ hüceyrələrinin əksinə olaraq, enerji istehsalında tez-tez istifadə edilir. Soyuq suyla təmas qəhvəyi yağ hüceyrələrinin çıxarılmasını təmin edir. Bu hüceyrələr qlükozanı yandıraraq, daha çox istilik enerjisi istehsal etməyə çalışır. Daha çox qəhvəyi yağ hüceyrəsi daha çox enerjinin yandırılmasına, beləcə də, daha sürətli çəki itkisinə səbəb olur. Artan qəhvəyi yağ səviyyəsi, artan qan təzyiqi və bədən istiliyi ilə birlikdə kimyəvi reaksiyaları daha sürətli edir. Maddələr mübadiləsi sürətini artırmaq çox insanın maraqlandığı məsələdir. Çünki beləcə, həm arıqlamaq sürətlənir, həm də əzələ istehsalı artır.

 

Depressiyanı azaldır

 

Soyuq duş depressiyaya kömək edir və qarşısını alır. Amerikada aparılan araşdırmalardan biri sübut edib ki, soyuq su beynin mavi nöqtələrini xəbərdar edir. Mavi nöqtələr beynin noradrenalin istehsal bölgəsidir. Noradrenalin isə depressiyanın qarşısını almaqda istifadə edilən hormondur.

 

Limfa sistemini gücləndirir

 

Limfa sistemi tullantı maddələri bədəndən xaric edərək, xəstəliklərlə mübarizə aparır. Tullantı maddələrin daşınması limfa mayesi ilə təmin olunur. Limfa mayesinin hərəkəti əzələlərin sıxılması ilə baş verir. Soyuq duş bütün bədəndəki əzələlərin sıxılmasını təmin etdiyi üçün limfa sistemi də daha yaxşı işləyir. Beləcə, tullantı maddələr bədəndən daha sürətlə atılır. Əgər limfa sistemi yaxşı fəaliyyət göstərməzsə, tullantı maddələr bədənin uc nöqtələrində toplanır. Bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

 

Nəfəsi dərinləşdirir

 

Soyuq duşun təsirini nəfəsinizdə dəqiq şəkildə hiss edə bilərsiniz. Soyuq duş ciyərləri açaraq daha çox oksigen alınmasını təmin edir. Beləcə, özünüzü daha az yorğun hiss edəcəksiniz və idman edərkən daha az yorulacaqsınız.

 

Dərini və saçı sağlam saxlayır

 

İsti su dərini və saçı qurudur. Digər tərəfdən soyuq su saçı daha parlaq, dərini daha sağlam edir. Soyuq su məsamələri daraltdığı üçün sızanaq meydana gəlməsinə mane olur. Bundan başqa, detoksifikasiyada iştirak edərək, toksin və tullantı maddələrin dəridən xaric olunmasını təmin edir. Beləcə, dəri daha təmiz və gənc görünür.

 

Enerjini və canlılığı artırır

 

Duşu soyuq suyla bitirmənin bir çox üstünlüyü var. Qədim samuraylar hər səhər başlarını soyuq suya salarlarmış. Bu, ruhi səviyyədə bir təmizlənmə ritualıdır. Beləcə, ruhlarını təmizlədiklərini və günə təzə bir başlanğıc etdiklərinə inanırlarmış. Soyuq duş insanı daha canlı və enerjili edir. Ürək döyünməyə başlayır və yuxulu halı aradan qaldırır.

 

Hormon istehsalını artırır

 

Soyuq duş hormon vəzilərinin fəaliyyətini artıraraq, bədəndə daha çox hormon ifraz edir. Məsələn, uşaq sahibi olmaq istəyənlərə kömək ola bilər. Sperma sayı istilik artdıqca aşağı düşür. Buna görə soyuq su bu mövzuda da işə yaraya bilər.

 

Necə başlamalı?

 

Dərəcə-dərəcə isti sudan soyuq suya keçməyi təmin edə bilərsiniz. Bir çox adam üçün ani dəyişiklik böyük bir stress yarada bilər. Soyuq duşu gündəlik hala gətirməyin ən yaxşı yollarından biri də duş qəbul etdikdən sonra bitirməyə bir dəqiqə qalmış soyuq suyu açmaqdır.

Məqalədə : soyuq duş sağlamlıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60370

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60010

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65579

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59813

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59995
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 05:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru