Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2016
10:15
Azərbaycanda özəl kredit büroları yaradılacaq

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Palatadan verilən məlumatda deyilir ki, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin gedişatı ətrafında müzakirələr aparılıb. Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını söyləyən Rolf Behrndt Dünya Bankı Qrupunun aqrosığortanın inkişafı üzrə dəstək göstərməyə hazır olduğunu bildirib. Həmçinin qeyd edilb ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.

Dünya Bankı ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının çox səmərəli və işgüzar əlaqələr qurduğunu bildirən Rüfət Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsində dəstək olacağını qeyd edib.

Görüşdə həmçinin "Azerpoçt" tərəfindən maliyyə xidmətlərinin göstərilməsi layihəsinin gedişatı və MBNP ilə DB arasında sığorta sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43134

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41453

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43012

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42517

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48054

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42540

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42903
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 20:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru