Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2016
10:07
`Neft yaxın illərdə bahalaşmayacaq`
Ərəstun Oruclu: "Bunun çox ciddi iqtisadi və siyasi səbəbləri var"

«Neft yaxın illərdə bahalaşmayacaq». FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu fikir bildirib. 

Ekspert bu proqnozla bağlı arqumentə gəldikdə isə, apardığı müqayisəli və bir qədər də əhatəli təhlildən gəldiyi qənaət olduğunu və heç də mütləq həqiqət olmasına iddialı olmadığını vurğulayıb. O, yeri gəlmişkən qeyd edib ki, neft qiymətlərinin artmayacağını dedikdə, orta illik qiymətin 48-55 dollardan yüksək olmayacağını nəzərdə tutur.

Politoloq neftin yaxın illərdə həqiqətən bahalaşmayacağının çox ciddi iqtisadi və siyasi səbəbləri olduğunu bildirib: «Əsas iqtisadi səbəb kimi məncə neftin müxtəlif manipulyasiyalar vasitəsilə maya dəyərindən bir neçə dəfə baha qiymətə satılmasıdır ki, bu da hələ davam etməkdədir, hərçənd ki, əvvəlki dövrlərlə müqayisə oluna bilməz. Yəni, maya dəyəri hasil edildiyi ölkədən, texniki şərtlərdən, nəqlindən və digər hasilat xərclərindən asılı olaraq, barreli 8-22 dolları keçməyən məhsulun 48-50 dollara satılması da dediyimə misaldır, onda ola ki, 90-140 dollara. Amma bu da əsas deyil. Əsas odur ki, mütləq əksəriyyəti monarxiyalara və avtoritar-kriminal hakimiyyətlərə malik olan bir neçə dövlətin (daha doğrusu, onları ələ keçirmiş əsasən qeyri-legitim rejimlərin) yüksək neft qiymətlərindən varlanaraq dünyaya meydan oxuması təkcə bununla bitmir. Yüksək neft qiymətləri dünyada istehsal prosesini (maya dəyəri) bahalaşdırır ki, bu da öz növbəsində işsizliyin, yoxsuluğun sürətlə artmasına, dünyada təkcə siyasi deyil, həm də sosial qütbləşmənin dərinləşməsinə səbəb olur».

Ekspert bildirib ki, bu cür dinamika öz növbəsində təkcə qlobal siyasi və iqtisadi maraqlara deyil, dünyanın sabitliyinə və təhlükəsizliyinə də ciddi təhdidlər yaradır: «Yüz milyonlarla işsiz, yoxsul insanlar ordusu olduğu halda siyasi radikallaşma, zorakılıq, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif digər formaları müasir dünyanın nəinki adi və bəzən də ayrılmaz atributlara çevrilir. Digər tərəfdən də yüksək neft qiymətləri sayəsində böyük sərvətlər toplayan kriminal (bir sıra hallarda isə terrorçu) rejimlər öz şərtlərini daxildə və xaricdə diqtə eləmək üçün bu sərvətlər hesabına təkcə əhatəli təsir şəbəkələri deyil, həm də güclü ordu və polis qüvvələri, bəzən hətta terrorçu təşkilatlar yaradırlar. Bu cür ölkələr özləri də daxildə radikallaşmış yoxsul insan kütlələri formalaşdırırlar və beləliklə də ikiqat, üçqat təhlükə mənbəyinə çevrilirlər. Daxildə formalaşdırdıqları radikal kütləni əllərində cəmləşdirdikləri maliiyyə, informasiya və ideoloji resurslar hesabına asanlıqla idarə edən bu rejimlər ilk baxışdan göründüklərindən daha təhlükəli potensial gərginlik mənbələri olurlar».

Ərəstun Oruclu məsələnin bununla da bitmədiyini vurğulayıb: «Özünü güclü hiss etməyə başlayan bu tip rejimlərin tədricən iddiaları da artdığından, onlar digər qonşu ölkə və icmalara da müxtəlif formalarda müdaxilələrə başlayırlar. Burda da maliyyə, silah, kəşfiyyat və informasiya resursları ilə yanaşı, həm də radikal millətçilik, dinçilik, irqçilik və digər aşırı ideoloji platformalardan istifadə olunur. Gördüyümüz kimi, bu da qloballaşan dünya üçün heç də ürəkaçan mənzərə deyil. Ona görə də son aylar biz neft qiymətlərinin qalxmasının (daha doğrusu, qaldırılmasının) bir çox hallarda qeyri-iqtisadi üsullarla qarşısının alınmasını müşahidə edirik. Eynilə neft krallıqlarının onu süni şəkildə bahalaşdırmağa çalışdıqları kimi».

Politoloq, neft dövlətlərinin bütün topladıqları böyük sərvətlərə və qurduqları təsir mexanizmlərinə rəğmən,  texnoloji, elmi və siyasi-intellektual baxımdan zəif olduqlarından, etibarlı mexanizmlərə (qanunun aliliyi, institusional hakimiyyət bölgüsü və s.) söykənən stabil siyasi sistemlərə malik olmadıqlarından bu mübarizədən də qalıb çıxa bilməyəcəklərini vurğulayıb: «Belə olan halda, onlar ya reallıqla hesablaşmalı və dəfələrlə azalmış gəlirlərilə kifayətlənməli, iddialarından geri çəkilməli, ya da ciddi sosial-iqtisadi və ictimai-siyasi təlatümlərə məruz qalaraq sıradan çıxmalı olacaqlar. Başqa sözlərlə, görünən budur ki, qlobal güclər irili-xırdalı br neçə kriminal rejimin girovunda qalmaq fikrində deyillər. Deməli, neft də hələ yaxın zamanlarda bahalaşmayacaq».

Məqalədə : Neft Ərəstun Oruclu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
192

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
165

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
161

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
175

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
187

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 19:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru