Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2016
14:28
1927
“Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” MÜSABİQƏSİ

Mədəniyyət və Turizm Nazirliyi öz strukturunda olan müəssisələrin rəsmi internet resurslarının təhlilinin aparılmasına, bu sahəyə diqqətin daha da artırılmasına, regionlarda elektron vəsaitlərdən istifadəyə marağın yüksəldilməsinə əlavə stimul verməsi məqsədilə tabe müəssisələr arasında “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə keçiriləcək.

Müsabiqə iki mərhələdən ibarətdir: Birinci mərhələdə bütün göndərilən məlumatlar toplanacaq və iştirakçılar arasından namizədlər təyin olunacaq; İkinci mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunaraq mükafat və diplom ilə təltif ediləcək.

Saytlar üç istiqamət üzrə yoxlanılacaq: saytın tərtibatı (dizaynı), məzmunun (materialların, informasiyanın) doldurulması və saytın texniki cəhətləri.

Sosial şəbəkələr məzmunun (materialların, informasiyanın) doldurulması istiqamətində təhlil olunacaq. Ərizələrin təqdim edilməsi üçün son tarix – 31 oktyabr 2016-cı il.

Mükafatlandırma aşağıdakı kimi olacaq:

Saytlar üzrə:

I yer – 1000 manat

II yer – 800 manat

III yer – 500 manat

1 həvəsləndirici yer – 300 manat

sosial şəbəkələr üzrə:

I yer – 1000 manat

II yer – 800 manat

III yer – 500 manat

1 həvəsləndirici yer – 300 manat.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
35

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
38

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
44

Everestin hündürlüyü yenidən ölçüləcək

15

Oktyabr
11:32
ELM / TƏHSİL
41

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15

Oktyabr
11:14
ELM / TƏHSİL
676

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

15

Oktyabr
11:07
HÜQUQ,HADİSƏ
25
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 15:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru