Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2016
10:53
1612
Kreditlər yeni qaydalarla veriləcək - VİDEO

Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsi yeni parametrlər əsasında həyata keçiriləcək. Bundan sonra kreditin maksimum miqdarı müəyyən edilərkən vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti hesablanacaq.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bu qərara çoxdan ehtiyac var idi. Çünki banklar vətəndaşlara kredit verərkən səhlənkarlıq edirdilər.

Nəticədə bu, ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olurdu.

Yenı hesablama metodologiyasına görə, ilk olaraq borc alanın hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Tutaq ki, bu borc aylıq 200 manat təşkil edir. Bu rəqəmin üstünə vətəndaşın hazırda kredit almaq istədiyi məbləğin aylıq ödənişi də əlavə olunur. Misal üçün, 250 manat. Alınan rəqəm, yəni 400 manat vətəndaşın aylıq maaşına, məsələn 1000 manata bölünür və vurulur 100 faizə. Nəticədə məlum olur ki, vətəndaşın aylıq borc yükü onun gəlirlərinə nisbətdə 45 faiz təşkil edir.

Bundan əlavə, borcalanın gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olduqda həmin kredit qənaətbəxş aktiv kimi təsnifləndirilməlidir. Yəni əgər vətəndaşın maaşından aylıq kreditlərin ödənilməsi üçün müəyyən edilmiş məbləğ çıxılır, məsələn, 1000-dən 450 çıxılır, yerdə qalır 550 manat. Bu, ölkədə 136 manat səviyyəsində müəyyənləşdirilmiş yaşayış minimumundan çox olduğundan həmin vətəndaşa kredit ayrıla bilər.

Məqalədə : kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
144

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
402

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
285

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
260

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
286

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
285

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
340

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
302
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 00:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru