Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2016
11:17
`Etibarsız` etibarnamə

Bu gün bir çoxları avtomobili etibarnamə ilə idarə edir.Yəni başqa bir şəxsdən avtomobil alır amma onu öz adına keçirtmək əvəzinə avtomobili "generalnıy" deyilən etibarnamə ilə idarə edir. Daha sonra o da başqa bir şəxsə etibarnamə ilə avtomobili satır. Amma unutmayın sizə verilən, və ya sizin verdiyiniz etibarnamə o qədər də etibarlı kağız deyil:

1.Bu sənəd alqı-satqını təsdiqləmir;

2.Etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.

Ümumiyyətlə etibarnamə nə üçün verilir?

Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdimləyə bilər.

363.1-ci bəndinə əsasən, bu sənədin istənilən müddətə verilməsi mümkündür. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyənlər isə əhəmiyyətsizdir.

363.2-ci bəndində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 364-cü maddənin bəndlərində göstərilib ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə, yaxud etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.Bundan başqa, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və ona səlahiyyətləri verdiyi şəxs haqqında lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərinə olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hərəkətlərini etibar edir. Satmır !!! Etibar edir !!!

İndi isə digər bir məqam: etibarnamə ləğv oluna bilərmi?

Mülki Məcəllənin 365-ci maddəsinin bəndlərinə əsasən, müddəti bitdikdə, sənəddə nəzərdə tutulan hərəkətlər həyata keçirildikdə, onu vermiş şəxs etibarnaməni ləğv etdikdə, sözügedən vəkalətin verildiyi şəxs imtina etdikdə, adından, həmçinin adına etibarnamə verilmiş hüquqi şəxslərə xitam verildikdə, etibarnaməni vermiş fiziki şəxs öldükdə, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayıldıqda sözügedən sənəd qüvvədən düşür.   

Beləliklə pul ödəyib avtomobil alırsız və bu zaman məlum olur ki, siz avtomobilsiz qala bilərsiz. Bəs bunun qarşısını necə almalı? Avtomobili necə adınıza keçirdə bilərsiniz?

1.Başqa bir şəxsə "generalnıy" (baş) etibarnamə verin.

2.Həmin şəxs avtomobili qeydiyyatda olduğu ərazidən çıxardır.

3.Aranızda bağışlanma sənədi imzalanır.(Alqı-satqı da ola bilər)

4.Avtomobili adınıza qeydiyyata keçirdə bilərsiniz.

Rüsumlar: 17 azn - qeydiyyat şəhadətnaməsi (texniki passport).22 azn - qeydiyyat nişanı.

Əgər avtomobil qeydiyyata düşdüyü ərazidən kənardadırsa alqı-satqı müqaviləsinin əsasında nömrə dəyişmədən belə həmin ərazidə qeydiyyata düşmək olar.

Unutmayın! Avtomobil alan zaman onu adınıza qeydiyyata saldırın! Bunun üçün sizin cəmi 39 azn xərciniz çıxacaq. Amma daha sonra probleminiz olmayacaq.

Dj.Tural/avtostop

Məqalədə : "Etibarsız" etibarnamə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
270

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru