Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2016
12:16
3734
Bankların çayxanalarda kredit kartı paylamasının nəticəsi
Vüqar Bayramov: «Problemli kreditlərin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır»

Mərkəzi Bankın rəsmi statistikasında da banklardakı əmanətlərin məbləğində azalmalar aydın şəkildə müşahidə edilməkdədir. Belə ki, bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər. FaktXeber.com-un məlumatına görə, bunu iqtisadçı alim Vüqar Bayramov bəyan edib. 

Onun sözlərinə görə, bunun əsas səbəbi isə banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir: «Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlyaraq əmanətərin məbləğində azalmalar müşahidə edilib. Belə ki, ilk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar demək idi. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da dollar ifadəsində dəyərsizləşdirdi. Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə aşağı düşüb».

Ekspert hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlərin yaşandığını vurğulayıb: Təəssüf ki, bankların, xüsusən də 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Əslində biz hələ o illər “bir sıra bankların çayxanalarda kredit kartı paylamasının”ciddi böhrana yol açağını bildirirdik. Təəssüf ki, həmin illər Mərkəzi Bank sadəcə seyrici mövqe tutdu. İndi isə problem başqadır: vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir».

Vüqar Bayramov əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha real addımların atılmasına ehtiyac olduğunu bildirib: «Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Buna görə də, adıçəkilən palata tərəfindən əmanətlərin qaytarılması üçün konkret meyarların müəyyənləşdirilməsi və ona nəzarət edilməsin ehtiyac var. Palata banklara inamı qaytarmaq istəyirsə o zaman pulunu geri almaq istəyən hər bir əmanətçinin hər bir qəpiyi yubadılmadan ona qaytarılmalıdır».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
906

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1070

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
872

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
901

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
416

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
869

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
888

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
753
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 18:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru