Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2016
10:53
Sürücülərə XƏBƏRDARLIQ - Avtomobiliniz evakuasiya ediləcək

Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. İndiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılmaqdadır.

Əməliyyat şirkəti şəhər sakinlərinin möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə böyük minnətdarlığını bildirir və qeyd edir ki, plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var. Belə ki, hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadır. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobilləri saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46052

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47291

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52853

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46893

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47335
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 10:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru