Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2016
21:11
1485
Kredit götürmək istəyənlər: faizlər aşağı salınır - VİDEO

Kredit alarkən insanların ən çox şikayətləndiyi yüksək bank faizləri aşağı enə bilər. Çünki bankların mənfəət vergisindən azad olunması ilə bağlı hökümətə təklif göndərilib. Ekspertlər bildirir ki, bu təklif reallaşarsa bank sistemində yeni canlanma yaranacaq.

Bankların təqdim etdiyi bütün kreditlərdə faiz dərəcələri aşağı düşə bilər. Bu bankların 20 faizlik mənfəət vergisindən azad olunması ilə reallaşa bilər. Vergilər naziri Fazil Məmmədov mətbuat açıqlamsında bu təklifin hökümət tərəfindən müzakirə olunduğunu açıqlamışdı. Ekspertlər isə bildirirlər ki, belə bir addım atılarsa bu bir çox müsbət nəticələrə gətirib çıxaracaq.

Təklif qəbul olunarsa bankların digər problemlərinin həllində də müsbət rol oynaya bilər. Ekspert Ruslan Atakişiyev bildirir ki, banklar devalvasiyadan qabaq daha çox xarici valyuta ilə kreditlər cəlb etmişdilər. Buna görə də hazırda bankların öz borc öhdəliklərini yerinə yetirməsində də ciddi problemlər var.

Ekspertlər bildirir ki, 20 faiz həcmində olan mənfəət vergisi bankların dövlətə ödədiyi və çox böyük həcmdə maliyyə vəsaitidir. Hökümət bu vergini banklara güzəştə gedərsə banklar qısa zamanda öz maliyyə vəziyyətlərini bərpa edə və sabitliyə nail ola bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
693

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
833

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
661

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
687

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
336

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
661

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
677

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
677
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 12:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru