Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2016
16:44
Azərbaycanda şok olay - Ölü adama kredit verilib - FOTO

"Parabank"ın Nərimanov rayon filialında Bakı sakini, 19 avqust 2014-cü ildə vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015-ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsi imzalanıb.

FaktXəbər musavat.com-a istinadən bildirir ki, mərhumun həyat yoldaşı Xəyalə İbrahimovaməsələni aydınlaşdırmaq üçün banka üz tutub. Bankdan ona 1 il 1 ay əvvəl rəhmətə getmiş həyat yoldaşına kreditin hansı şəkildə verilməsi haqda izahat verməyiblər. X.İbrahimova vəkil Əziz Qənbərovla müqavilə bağlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Vəkil deyir ki, mərhum "Parabank"ın Nərimanov filialının intizamlı müştərisi olub. Bankdan müxtəlif vaxtlarda kredit götürüb və vaxtında ödənişlər edib.

"Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib. Mərhumun həyat yoldaşı məktubu oxuyanda gözlərinə inanmayıb. Bankdan göndərilən məktubda yazılır ki, Vaqif İbrahimovla 14 sentyabr 2015-ci il tarixli, 035/15/PBN nömrəli kredit müqaviləsi bağlanıb?!" - deyə vəkil deyir.

O, "bankda rəhmətliklərlə müqaviləni necə bağlayırlar" sualına aydınlıq gətirmək üçün Nərimanov filialına yollanıb. Lakin vəkilə də filialdan ağlabatan bir izahat verilməyib. Ə.Qənbərov sənədləri toplayaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır, deyir ki, bank məsələyə aydınlıq gətirməlidir.

"Göndərdikləri məktubda yazırlar ki, guya mərhum həmin müqavilə üzrə borc öhdəliyini icra etmir və bu səbəbdən tutulma onun yüklü əmlakına yönəldiləcək. Mərhumun həyat yoldaşı isə deyir ki, yaşadığı mənzilin yüklü olması ona həmin məktubdan sonra məlum olub. Mərhumun həyat yoldaşı ilə 1997-ci ildən rəsmi nikahda olmasına və həmin evdə qeydiyyatda olmasına baxmayaraq, evin yüklü olması barədə onun razılığı olmayıb", - deyə vəkil Əziz Qənbərov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43139

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41463

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43022

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42527

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48059

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42908
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 21:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru