Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2016
21:40
3053
Kredit borclarını ödəməyənlərin cərimələri artırıldı
Qanunda dəyişiklik edilib

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına görə təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəfişikliyə əsasən bu əmələ görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza tətbiq ediləcək. 

Eyni əməllər külli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada İŞİD üzvləri saxlanılıb

23

Sentyabr
09:21
DÜNYA
17

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
506

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
490

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
533

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1323

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1527

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1282

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1316
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru