Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2016
16:26
Nəzarət Palatası özündə cəsarət tapmadı...
Bu qədər “dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi

Xarici valyutada olan kreditlərlə bağlı hər kəsin gözlədiyi qərarlar açıqlandı. Ancaq çox təəssüf ki, bu qərarlarda yüz minlərlə insanların böyük ümidlə gözlədiyi əsas məsələ öz həllini tapmadı. Mərkəzi Bankın illərlə apardığı səhv pul-kredit siyasəti üzündən bankların zaman zaman vətəndaşlara xarici valyutada zorla verdikləri kreditlərin ödənilməsi ilə bağlı yaranmış vəziyyətdə heç bir dəyişiklik baş vermədi. Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həllini yalnız xarici valyutada verilmiş kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiya edilməsində görə bildi.Bu qədər “dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi. Əslində bu addımları Palatanın məlum qərarı olmadan da banklar özləri atırdı. Əksinə,Palata xarici valyutada olan kreditlərlə bağlı bütün əməliyyatlara qadağa qoymaqla, banklar tərəfindən həmən kreditlərin bu və ya başqa şəkildə restrukturizasiya edilməsi prosesini bir ay ləngitdi. Başa düşmək olmur ki, insanların həllini hədsiz ümidlə gözlədiyi belə mühüm məsələyə Palata və onun rəhbərliyi nə üçün bu qədər etinasız bir münasibət sərgilədi. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada gəliri olmayanlara xarici valyutada kreditlərin verilməsinə qadağa qoyması doğru bir qərardır. Əslində, bu təklifi bir neçə aydır ki, mətbuat səhifələrində əksər iqtisadi yazarlar tərəfindən, o cümlədən bizim tərəfimizdən səsləndirirdi. Sadə bir məntiqdə xarici valyutada kreditlərin verilməsində bu prinsipin gözlənilməsinin əsas məsələ olduğunu deyirdi. Yəni bu qərarın qəbulu ilə Palata yeni heç nə təklif etmədi. Onun xarici valyutada əmanətləri olan vətəndaşlara xarici valyutada kreditlərin verilməsinin mümkün sayılması isə bir qədər müəmmalı qərardır. Bu gün banklarda olan bütün əmanətlərin 80,4%-i xarici valyutada olan əmanətlərdir. Bu qədər əmanətin xarici valyutada olması o demək deyil ki, onların sahiblərinin xarici valyutada gəlirləri var. Xarici valyutada əmanətlərin bu həddə qədər artması, keçən il manatın iki kəskin devalvasiyası ərəfəsində və ondan sonrakı dövrlərdə baş vermişdi. Yəni vətəndaşlar sadəcə olaraq, manatda olan əmanətlərini, xarici valyutada olan əmanətlərə çevirmişdilər. Bəs belə olan halda onların xarici valyutada kredit almalarına razılıq verilməsi nə deməkdir? Cavab çox sadədir. Əgər xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən bir müştərinin gəlirləri manatladırsa və o manatla olan qazancı ilə xarici valyutada olan krediti gələcəkdə müəyyən səbəbdən- elə bugünkü kimi, qarşılaya bilməsə, deməli bank onun kredit borcunu xarici valyutada olan əmanətindən siləcəkdir. Belə bir bəsit qərarın verilməsi üçün də bir ay sərasər düşünməyə ehtiyac yox idi. Banklar bu qərarsız da xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən müştərilərlə belə yanaşırdılar. 

Xarici valyutada olan kreditlərin ödənişi sahəsində yaranmış problemləri həll etməyin çox sadə yolları var idi və bununla bağlı iqtisadçı ekspertlər tərəfindən son bir neçə ay ərzində kifayət qədər təkliflər verilmişdi. Onların içərisindən ən optimal sayıla biləcək təklifləri seçib istifadə etmək mümkün idi. Belə olduğu tədqirdə, yaranmış problem həm vətəndaşlar və həm də banklar üçün öz həllini tapmış olardı. 

Yeni yaranmış Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi başa düşməlidir ki, bu gün cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu  bir dönəmdə, yüz minlərlə insanın taleyinin bağlı olduğu məsələnin tək iqtisadi deyil, həmdə siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu səbəbdən, məsələnin həllinə hər iki prizmadan yanaşmaq lazım idi.  

Fikrət Yusifov  

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
205

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
225

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
520

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
506

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru