Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2016
16:46
Təcili yardım niyə vaxtında çatmır?

Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında azalma müşahidə edilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Bənövşə Quliyeva deyib ki, qışda insanlarda kəskin resperator virus infeksiyalarına daha çox rast gəlindiyindən cağırışların sayı da artmışdı.

B.Quliyeva deyib ki, son günlərdə uşaqlarla bağlı da təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı azalıb: "Qış aylarında kəskin respirator virus infeksiyaları artmışdı. Bu infeksiyalara görə uşaqlarla bağlı edilən çağırışların sayı daha çox üstünlük təşkil edirdi. Aprelin 1-ci yarısına qədər belə çağırışlar olurdu, amma indi onların da sayı azalıb".

Təcili tibbi yardım briqadaları tərəfindən 1 yaşadək olan uşaqlarla bağlı çağırışlara xüsusi diqqətin göstərildiyini də deyən B.Quliyeva qeyd edib ki, yay dövrünün başlaması ilə əlaqədar çağırışların sayında yenidən artımın olacağı gözlənilir.

Yay aylarında çağırışların, əsasən, günvurma, suda batma, qida pozğunluğu ilə bağlı olduğunu deyən böyük həkim əlavə edib ki, qışla müqayisədə yay aylarında qida pozğunluğuna görə təcili tibbi yardım stansiyalarına müraciətlərin sayı çox olur: "Adətən, çağırışlar həmişə günün ikinci yarısında daha çox daxil olur. Axşam saat 8-dən gecə 12-dək bizdə "pik saatı" olur. Təzyiq, ürək tutmalar və s. ilə bağlı çağırışlar daha çox bu saatlarda stansiyalara daxil olur. Buna görə də axşam saat 5-dən başlayaraq, bizim bütün yardımçı stansiyaların briqadaları tıxac olan yollarda, ərazilərdə dayanırlar ki, ünvana tez çatsınlar".

B.Quliyeva bəzi binaların qarşısında baryerlərin olmasının onlar üçün problemlər yaratdığını və bu səbəbdən də təcili tibbi yardım briqadalarının ünvana tez çata bilmədiyini də söyləyib.

Onun sözlərinə görə, bəzən xəstələrin maşına xərəklə çatdırılması tələb olunur: "Amma bır sıra binaların qarşısında baryerlərin olması buna maneə yaradır. Müəyyən binaların qarşısında baryerlər olduğundan bizim maşınlar blokun qarşısına keçə bilmirlər. Bu da bizim üçün çox böyük problemlər yaradır. Həkimlər də məcbur olurlar ki, ayaqla düşüb getsinlər, xərəyi daşısınlar".

Məqalədə : təcili tibbi yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 20:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru