Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2016
15:36
Dollar krediti olanlara GÜZƏŞTLƏR - Milli Məclisdə sənəd HAZIRLANIR

Kommersiya bankları tərəfindən kreditlərin dollarla verilməsi ləğv edilə bilər. Bu haqda Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yeni hazırlanan təkliflər paketi barədə danışarkən bildirib.

Deputat qeyd edib ki, təkliflər paketi tam hazır olduqdan sonra aidiyyatı qurumlara təqdim ediləcək:

“Bank sisteminin sağlamlaşıdırılması ilə bağlı aparılan islahatlar əsas məsələdir. O cümlədən, bir sıra qanunlara dəyişikliklər, dollarla verilmiş kreditlərə münasibət, onların müəyyən variantlarda həlli təkliflərdə öz əksini tapacaq. Birincisi, “Banklar haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur.

Burada dollarla kredit verilməsinin qadağan edilməsi öz əksini tapıb. Çünki, Konstitutsiyada, “Banklar Haqqında” Qanunda da göstərilib ki, ödəniş manatla aparılmalıdır. Mən hesab edirəm ki, kreditlərin dollarla verilməsi qadağan edilməlidir”.

V.Əhmədov müəyyən məbləğə qədər kredit borclarının silinməsinin mümkünlüyü məsələsinə də toxunub:

“1000 (min) manata qədər dollarla verilmiş kreditlərlə bağlı təklif edirik ki, məsuliyyətli şəxs müəyyən edilsin. Çünki, çətin situasiyalarda banklar məsuliyyəti dövlətin, dövlət də bankların üzərinə atır. Əziyyət çəkən isə əhali olur. Onların böyük bir hissəsi faktiki olaraq ödəmə qabiliyyətinə malik deyil. İstəyimiz budur ki, problemə sistemli yanaşılsın.

Məsələ Dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali dördbucaq sistemində öz həllini tapsın. İkincisi 1000 (min) dollara qədər olan kreditlərlə bağlı problemlərin həllidir. Hansı ki, bununla bağlı çox sayda müraciətlər daxil olur. İstəyimiz budur ki, onların ləğv edilməsi, yaxud zamin durmuş şəxslərin zaminlikdən azad edilməsi mümkün olsun. Bundan başqa 5000 dollara qədər olan kreditlər 1dollar-1,05 manat məzənəsilə ödənilsin. Həmçinin 5 000 manatdan çox olan kredit borclarına da baxılması nəzərdə tutulub.

Həm “Bank haqqında” Qanuna, həm Mülki Məcəlləyə dəyişiklik etmək lazımdı. Bildiyiniz kimi, Konstitutsiya Məhkəməsinə bununla bağlı müraciət edilib. Cavab olaraq bildirilib ki, müəyyən güzəştlərə gedə bilərlər”.

İqtisadçı-deputat bildirib ki, təkliflər paketi Mili Məclisə, hökumətə, Prezidentin islahatlar üzrə köməkçisinə də təqdim ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43915

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42200

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43299

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48838

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43236

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 12:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru