Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2016
10:46
Bu gün Ilqar Məmmədovun azadlığa çıxmaq ehtimalı var

Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun, məhkəmə günü bəlli olub. Bu gün-aprelin 22-də saat 14:30-da Şəki Apelyasiya Məhkəməsində hərəkat sədrinin məhkəməsi olacaq. Onunla eyni maddə üzrə həbs olunan, ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edəcək.

Belə ki, başqan müavini məhkəməyə çağırılıb. Bu barədə ona aprelin 20-də xəbər verilib. Azadlıqda olan bir şəxsin nədən məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunması müəmmalıdır.

REAL sədri məhkəmədə iştirakdan imtina etməsinə baxmayaraq, xüsusi etapla Şəkiyə aparılıb. Onun əşyaları da özü ilə bərabər götürülüb. Bu, onun azadlığa çıxacağına olan ümidləri artırıb. 

Qeyd edək ki, bu ayın əvvəllərindən başlayaraq, İ.Məmmədovun aprelin sonlarında məhkəməsinin olacağı və onun azadlığa buraxılacağı barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu barədə açıqlama verərək, REAL sədrinin azadlığa buraxılacağının anonsunu vermişdi. 

Bu gün keçiriləcək məhkəmə prosesi ilə bağlı “Yeni Müsavat”a danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərləri təsdiqlədi: “Doğrudur, İlqar artıq xüsusi etapla Şəkiyə aparılıb. Əşyaları da özü ilə götürülüb. Açığı, inanmırdıq, amma göründüyü kimi, məhkəmə prosesi təyin olundu. Tələsik məhkəmə prosesinin təyin olunduğunu demək düzgün deyil. Çünki çoxdan gözlənilirdi. Nə qərar veriləcəyini bilmirik. Prosesdə nələrin olacağını deyə bilmərəm. Xəbərlərdə qeyd olunurdu ki, aprelin sonları İlqar Məmmədov azadlığa buraxılacaq. Xəbərlərin nə dərəcədə doğru olduğunu məhkəmədə görəcəyik. Sadəcə, səbirli olmaq lazımdır. Özü ilə aprelin 20-də danışmışıq. Məhkəmənin keçiriləcəyindən xəbərsiz idi. Ona ilk xəbəri mən verdim. Şəkiyə aparılacağı barədə də xəbərsiz idi. Yəqin ki, bizimlə danışdıqdan sonra Şəkiyə aparılıb”.

İ.Məmmədovun vəkili Fuad Ağayev bunları dedi: “Məhkəməyə çox vaxt qalmayıb. Aprelin 22-də məhkəmə baxışı olacaq. Onun Şəkiyə aparılması, əşyalarının özü ilə götürülməsi doğrudur”.

REAL sədri ilə eyni məhkəmə prosesi olacaq Tofiq Yaqublu iştirakının vacib olduğunu söylədi: “Anormal vəziyyət yaranıb. Bir neçə vəkillə danışmışam. Onların fikirləri də haçalanıb. Tutaq ki, Şəki Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxladı, yaxud cəzanı artırdı. O zaman nə olacaq? Bir yandan əfv sərəncamı, digər tərəfdən də məhkəmə gedir. İlqar Məmmədov və mənə niyə məhkəmə qurulmalıdır? Heç bir günahı olmayan şəxsləri həbsə atmaq nə demək? İlqar bəyin bu məhkəmədə azad edilməsi ümidləri var. Çünki məhkəmə qəfil təyin olundu. Prosesə bir sutka qalmış mənə xəbər verirlər ki, məhkəmədir. Belə hal olar? Vəkillə danışmalıyıq, prosesə hazırlaşmalıyıq. Əvvəldən bildiriş göndərilməli idi. Məhkəmədə iştirak edəcəm. Həbsdə olarkən bu instansiyada iştirakdan imtina ərizəsi yazmışdım. Həbsxana şəraitində yol gedib-gəlmək əziyyətlidir. O zaman ərizəmdən imtina edilmişdi ki, iştirakım olmadan proses keçirilə bilməz. O zaman çox narahat idim, çünki qatarla məhkəməyə getmək çətin idi. Amma indi rahatam, çünki azadlıqdayam. Məhkəmədə nə deyəcəklər, mənə maraqlıdır. Məndə olan məlumata görə, aprelin 21-də İlqar bəyi Şəkiyə aparıblar. Hətta onun əşyalarını da aparıblar. Bu onun məhkəmədən azad edilmə ehtimallarını yüksəldir. Bununla bağlı digər ehtimal da ondan ibarətdir ki, məhkəmənin açılışı ola bilər və proses yenə təxirə salınar, İlqar bəy də Şəki İstintaq Təcridxanasında saxlanılar”.

Xatırladaq ki, İ.Məmmədovla  T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov  7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14857

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13502

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14915

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14534

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19880

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14389

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14517
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 12:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru