Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2016
15:06
Peşə məktəbləri birləşdiriləcək

Azərbaycanın rayonlarında peşə təhsili ilə bağlı kompleks regional mərkəzlər yaradılacaq.

Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə APA-ya açıqlamasında deyib ki, rayonlarda peşə məktəbləri birləşdirilərək kompleks regional mərkəzlər şəklində fəaliyyət göstərəcək. Bu məsələnin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulduğunu deyən sektor müdiri qeyd edib ki, kompleks regional mərkəzlərdə bütün ixtisaslar, karyera mərkəzləri, məsləhətlər verən xüsusi xidmətlər və digər sahələr birləşəcək.

Onun sözlərinə görə, hazırda Bakıda peşə məktəblərinin rasionallaşdırılması üçün işlər görülür: "Bakıda peşə təhsili üzrə bir ixtisas müxtəlif məktəblər arasında paylaşılıb. Bu da bir qədər səmərəsizlik yaradır. Biz onu kompleks şəkildə, məsələn, iqtisadi sahələrə uyğun olan ofisiant, barmen, aşpaz kimi ixtisasların 1 məktəbdə turizm və xidmət sahəsi üzrə kadrlar hazırlamasını istəyirik. Bundan əlavə, Bakıda Koreya məktəbi yaradılacaq ki, bu da Sənaye və innovasiyalar dövlət peşə tədris mərkəzi adlandırılacaq. Hələki bu mərkəz üçün bina tikilmək üzrədir. Bakı şəhərində rasionallaşma tədbirləri həyata keçiriləndən sonra regionlar üzrə işlərə başlanacaq".

Məqalədə : peşə təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42706

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41055

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42633

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42134

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47627

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42066

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42446
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru