Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2016
12:19
11565
Bundan sonrakı şəkil hər kəsi dəhşətə gətirib - FOTOLAR

Bir müddət əvvəl internetdə balaca bir qızcığazın fotosu paylaşıldı. Bu foto bir anda  on minlərlə bəyənilmə aldı və paylaşıldı. FaktXeber.com olaraq bu fotonun acı hekəyəsi barədə məlumat verəcəyik.

Ürək dağlayan fotonun müəllifi  alman fotorepartyor Rene Şulqovdur (Rene Schullhoff).

Bir müddət əvvəl o, İordaniyada Qırmızı Xaç missiyasının tərkibində paytaxt Ammanın 60 km-də yerləşən suriyalı qaçqınların  düşərgəsini ziyarət edib.

Fotoqrafın diqqətini küçədə qayğısızcasına gülərək keçən qızcığaz cəlb edib.

Rene bu şirin uşağı çəkmək üçün fotoaparatı çıxardıb.

Ancaq texnika  tamam başqa bir rəsmi yaddaşa köçürüb…

«Məni görən kimi qızcığazın bir anda üzü dəyişdi. Üzdəki gülüşü dəhşət, ümidsizlik və mərhəmət üçün lal yalvarış əvəz elədi. Qızcığaz  reflektiv olaraq təslim işarəsi kimi əlini havaya qaldırdı. Sən demə, qızcığaz mənim fotoaparatımı özünə yönələn silah kimi qəbul edibmiş», - deyə Rene Şulqov baş verənləri anladır.

Bir neçə gündən sonra Nadia Abu Şaban adlı Tvitter istifadəçisi öz abunəçiləri ilə oxşar şəkili bölüşüb.

Bu məsum körpələrin nələr yaşadığını düşünmək belə çətindir.

Yeri gəlmişkən, UNİCEF-in məlumatına görə, dünyada 7 yaşına çatmamış 86,7 milyondan çox uşaq bütün həyatlarını müharibə şəraitində keçirib...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com