Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2016
13:22
İtkinlərlə bağlı `Qaynar xətt`ə 1 dəqiqədə 5 müraciət daxil olur

"Dünəndən etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsi bölgədədir və araşdırmalar davam etdirilir".

Bu haqda modern.az-ın sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının İşçi Qrupunun adının açıqlanmasını istəməyən üzvü bildirilib. O qeyd edib ki, hər bir itkinlə bağlı məlumat ilkin olaraq yaxınlarına, daha sonra ictimaiyyətə açıqlanacaq:

"Dünəndən etibarən "qaynar xətt" yaradılıb. Hazırda araşdırmalar gedir. Hansısa mətbuat orqanında yazılan rəqəmlərə istinad etmək doğru deyil. Yalnız və yalnız Komissiyanın məlumatlarına əsaslanmaq lazımdır. Yazılan əsassız informasiya insanların əlavə narahatlığına səbəb olur".

Qurum rəsmisi hazırda Komissiyaya daxil olan kifayət qədər informasiya olduğunu vurğulayıb: "Amma biz onları dəqiqləşdirmədən ictimaiyyətə açıqlaya bilmərik. Çünki dəqiqləşməmiş, artıq söz narahatlıq və problem yarada bilər. İtkinlərin sayı hazırda 5, yaxud 10-dur, bu barədə konkret məlumat verə bilməyəcəyik. Çünki hazırda araşdırmalar davam edir və yekun nəticə, fakt yoxdur".

O, həmçinin çox sayda itkin yaxınlarının yaradılan "qaynar xətt"ə müraciət etdiyini deyib:

""Qaynar xətt" yaradılandan valideynlər, yaxınlar tərəfindən itkinlərlə bağlı hər 1 dəqiqədə ən azı 5 zəng daxil olur. Müraciətlər də daxil olmağa davam etdiyindən konkret say açıqlaya bilmirik. Hər bir itkinlə bağlı məlumat dəqiqləşdikdən sonra açıqlama veriləcək".

Məqalədə : itkin qaynar xətt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48393

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46422

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47651

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53234

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47290

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 21:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru