Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2016
17:06
Mövsüm Səmədov və İlqar Məmmədov azad edilə bilər

Millət vəkili Siyavuş Novruzov yerli mətbuata verdiyi müsahibələrindən birində 28 May Respublika Günü münasibəti ilə növbəti əfv fərmanının imzalanacağının gözlənilən olduğunu deyib. Deputat həmçinin həbsdə olan digər siyasi məhbusların da azadlığa buraxılma ehtimalının böyük olduğunu açıqlayıb. 

Bəs görəsən 28 may respublika günü ilə əlaqədar əfvin imzalanması nə dərəcədə realdır?. Həbsdəki digər siyasi məhbuslar azadlığa buraxıla bilərmi?

İslaminSesi mövzunu hüquq müdafiəçisi Arzu Abdullayeva ilə müzakirə edib. Hüquq müdafiəçisi bildirib ki, prezidentin ABŞ-dan geri dönməsini gözləyirlər: 

“Hüquq müdafiəçiləri növbəti əfv fərmanının 28 may respublika günündə deyil, 10 mayda imzalanacağını proqnozlaşdırırlar. Ancaq həbsdəki digər siyasi məhbusların azadlığa buraxılacağı ehtimalı çox böyükdür”.

Arzu Abdullayevanın sözlərinə görə, növbəti əfvlə islamçı məhbusların da azadlığa buraxılacağı gözlənilir: “Demək olmaz ki bütün siyasi məhbuslar əfv olunacaqlar. Lakin xüsusilə vicdan məhbusu kimi tanınan şəxslərin ilk olaraq həbsdən buraxılma ehtimalı çox böyükdür. Azərbaycan hakimiyyətində belə bir xüsusiyyət formalaşıb. Bir çox siyasi məhbuslar azadlığa buraxılsa da, digərləri həbsdə saxlanılır. Bu addım həmin məhbusların hökumətdən əfv istəməsi məqsədi ilə atılır”. 

Hüquq müdafiəçisi qeyd edib ki, siyasi məhbus İlqar Məmmədov barəsində Avropa Məhkəməsinin qərarı var və o mütləq azadlığa buraxılmalıdır: “Mövsüm Səmədov və digər islamçı siyasi məhbusların da azadlığa çıxmasını istəyirik və bunun üçün çalışırıq. Çünki bu insanların günahları sübuta yetirilməyib. Ona görə də böyük ehtimallar var ki, bu insanlar da növbəti əfv fərmanı ilə azadlığa çıxsınlar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14707

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13357

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14765

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14379

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19735

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14229

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 07:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru