Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2016
10:54
Səba məhsulunu Rusiya bazarına çıxardı

Səba şirkəti Rusiyaya quru süd ixracı ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, məhsulun ilk partiyası artıq maşınlara yüklənib yola salınıb. Bu barədə şirkətin media ilə əlaqələr bölməsindən bildiriblər.

“Hadisənin əhəmiyyətli cəhəti odur ki, indiyədək Azərbaycana Rusiyadan süd məhsulları, Ukrayna və Belarusdan isə quru süd idxal edilirdi. Lakin Səba-nın yeni ixrac müqaviləsi Azərbaycan şirkətinin bu prosesi əksinə çevirdiyini göstərir. Bizim istehsal etdiyimiz quru süd xarici bazarlar, hətta Rusiya kimi iri süd istehsalçısı olan ölkə üçün də maraqlıdır” – Səba-dan belə əlavə ediblər.

Səba-nın quru süd məhsulunu şirkətin törəmə müəssisəsi Biləsuvar Aqro MMC istehsal edir. Açılışında Azərbaycan Prezidenti iştirak etmiş müəssisə 2008-ci ildə fəaliyyətə başlayıb və günlük süd emalı gücü 200 tondur. Müəssisə südü Ağdaş, Bərdə və ölkənin başqa rayonlarında yerləşən fermalardan tədarük edir. Səba şirkətinin süd emalı müəssisəsi ildə 7000 ton quru süd ixrac etmək gücünə malikdir. Bu isə kəndli və fermerlərdən 80 mln süd tədarükü deməkdir. Qeyd olunan həcmdə südlə müəssisə, eyni zamanda, ölkəyə idxalı yerli məhsulun xeyrinə dəyişən 3000 ton kərə yağı istehsalı gücündədir.

Biləsuvar Aqro MMC-nin ilkin məqsədi kərə yağı və quru süd istehsalı olsa da, ötən illərdə Azərbaycan manatının gücü və dünya bazarında quru südün qiyməti bu məhsulun ixrac qabiliyyətini aşağı edirdi. Lakin hazırda manatın məzənnəsinin dollara nisbətdə dəyişməsi, eləcə də ölkədə gedən islahatlar, qanunvericilikdə ixracı stimullaşdıran yeniliklər, icra mexanizminin çevikləşdirilməsi Azərbaycan kəndlisindən tədarüklə əldə edilən quru süd məhsulunu xarici bazarlara çıxarmağa imkan yaradıb. İlk addım kimi Səba-nın istehsal etdiyi bu Azərbaycan məhsulu Rusiyanı maraqlandırıb. Qeyd edək ki, Səba quru südü 2 çeşiddə - yağsız və 25% yağlı buraxılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54121

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52239

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53689

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53419

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58783

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53054

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53468
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 14:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru