Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2016
13:00
Natiq Cəfərli torpaqlarımızda `dığaların` aktivliyinin səbəblərindən danışdı

Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində gərginlik yaranıb. Hadisə nəticəsində mülki vətəndaşlar arasında ölən və yaralananlar da var. Müdafiə Nazirliyi dünəndən başlayan gərginliyin hələ də davam etdiyini, kəndlərin ağır artileriyadan atəşə tutulduğunu bəyan edib. FaktXeber.com-un məlumatına görə, politoloq Natiq Cəfərli bu məsələyə münasibət bildirib: "Düz məntiq onu deyir ki, doğru addım olan Qərb-Azərbaycan yaxınlaşması Kremli qəzəbləndirə bilər və işğal altında olan vətən torpaqlarımızda "dığaların" aktivliyi bununla izah edilə bilər".

«Amma bəzən siyasət düz məntiqlə izah edilməz, əsas təhlükələrdən biri ölkəmizdə Kremldən gələn əmrləri həmən uyğulamağa hazır olan məmur ordusu - Kremlin "5-ci kolonudur"», - deyə politoloq əlavə edib.

"Prezident mütləq bunu nəzərə almalıdır", deyən Natiq Cəfərli sözlərinə belə davam edib: «Əgər vətən torpaqlarınımızı düşməndən təmizləmək istəyiriksə, ilk əvvəl mütləq o "kolondan" canımızı qurtarmalıyıq».

«Allah əsgərlərimizi, zabitlərimizi Azerbaycanımızı qorusun! Amin!», - deyə Natiq Cəfərli sözlərini yekunlaşdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
246

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru