Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2016
10:28
Azərbaycanda dollar niyə sürətlə ucuzlaşır?

Azərbaycanda dolların məzənnəsi son günlər ucuzlaşmaqda davam edir. Başqa sözlə, milli valyuta olan manat dollara nisbətdə möhkəmlənir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, ərzaq bazarında səngimə, mal-məhsulda dayanma və digər amillər dollara tələbi azaldır.

Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, bu məsələnin heç bir iqtisadi bazası, psixoloji-sosial əsası yoxdur. Son günlər manatın nisbətən dəyərini artırması Mərkəzi Bankın subyektiv mülahizələri əsasında həyata keçirilir. Ekspert istisna etmir ki, hətta ictimai fikri azdırmaq, yanlış  istiqamətə yönəltmək kimi məqsədlər də var: “Istisna olunmur ki, yaxın günlərdə milli valyutanın daha sürətli devalvasiya prosesi həyata keçirilsin. Çünki ölkədə milli valyutanın dəyərdən düşməsinə əsas verən şərtlər var. Bu amillərin və şərtlərin siyahısı da genişlənir”.

Ekspert deyir ki, ölkəyə xarici valyuta gətirmək niyyəti, qeyri-neft sahələrində mal-məhsul istehsalına ehtiyac cüzi şəkildədir. Onun fikrincə, indiki halda, Mərkəzi Bank  yüngülvari bir manipulyasiya etməklə, insanları çaşdırmağa yönəlik addımlar atır.

Nemət Əliyev qeyd edir ki, bu ilin ilk ayında dövlət büdcəsində xərclər üzrə hökumət öhdəlikləri yerinə yetirə bilməyib: “Hətta investisiya fəaliyyəti 86 faiz azalmaqla, kapital yatırımı zəifləyib. Tikinti, aqrar, rabitə, informasiya texnologiyaları sahəsində vəziyyət gərginləşib. Bütövlükdə qeyri-neft sektorunda yatırımlar 41 faiz azalıb. Xarici şirkətlərin ölkəyə yatırımı kəskin azalıb. Belə bir vəziyyətdə heç vəchlə demək olmaz ki, milli valyuta möhkəmlənsin”.

Ekspert Mərkəzi Bankın ötən il iki dəfə həyata keçirdiyi devalvasiya prosesini yada salaraq, əhalinin başının altına  yastıq qoyulduğunu düşünür: “Indi də həmin vəziyyətdir. Hesab edirəm ki, biz yaxın vaxtlarda manatın kəskin şəkildə dəyərdən düşməsinin şahidi olacağıq. Çünki manatın möhkəmlənməsinə heç bir əsas yoxdur. Ona görə də Mərkəzi  Bank öz üzərinə düşən məsuliyyəti dərk etməli, ölkənin sosial, iqtisadi həyatındakı yaranan kataklizmlərin  fərqində olmalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
175

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
200

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
520

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
392

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
391

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
506

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 12:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru