Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2018
09:59
5493
Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu günüdür

Hicri təqvimlə cəmadiüs-sani ayının 20-si (bu il 9 mart) dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür. Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir. 

Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir.Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur.

Tərbiyə etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə) ilahi kamillik yolunun nümunələrindəndir. 

Allah-təala insanları bu Xanıma xatir yaratdı. Arzumuz budur ki, insanlar və xüsusən xanımlar bu Xanımı tanısınlar və onun yolu ilə getsinlər ki, özləri nahəyət bir dərəcəyə yetişə bilsinlər.

Məqalədə : Xanım Fatimeyi Zəhra 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 03:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status