Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2016
14:09
Dövlət Təhlükəsizliyi Xidmətinin `qaynar xətti` istifadəyə verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 192 "qaynar xətti" istifadəyə verilib. “Report”un xəbərinə görə, etimad telefon nömrəsi (+99412) 405-99-99 və 192 “qaynar xətti” vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.

Vətəndaşlar qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı DTX-nin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə, milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə məlumat verə bilərlər.

Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terrorçuluq aksiyalarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar DTX üçün əhəmiyyət kəsb edir.

Etimad telefon nömrəsinin (+99412) 405-99-99 və 192 “qaynar xətti”nin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər.

Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48393

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46422

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47651

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53234

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47290

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 21:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru