
"İşçi Qrupunun hazırladığı əfv siyahısı Əfv komissiyasına təqdim olunub. Ümid edirik ki, Novruz bayramı ərəfəsində imzalanacaq əfv fərmanında siyahıdakı məhbusların hamısı əfv olunacaq". Bunu hüquq müdafiəçisi, İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib. O, qeyd edib ki, cəmiyyətdə "siyasi məhbus" kimi tanınan bütün şəxslərin adı siyahıda yer alıb. O, yaxın vaxtlarda Əvf Komissiyasının toplanacağını da bildirib.
"Prezident yanında Əfv Məsələləri Komissiyası fasiləsiz olaraq fəaliyyət göstərir". Bunu isə Komissiyanın yeni seçilmiş üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib. O, qeyd edib ki, Komissiyanın katibliyi daimi olaraq işləyir, vətəndaşlardan ərizə və müraciətləri qəbul edir: "Onları müvafiq qaydada məlumat bazasına daxil edir, daha sonra müraciət edən hər bir şəxs barədə məlumatları toplayır. Bu müraciətlər həm Cəzaçəkmə müəssisələrindən, həm Baş Prokurorluqdan, həmçinin Ali Məhkəmədən daxil olur və müvafiq arayış hazırlanır".
Ə.Nuriyev bildirib ki, Əfv Məsələləri Komissiyasının iclasları sədr tərəfindən çağırılır:"Buna qədər katiblik tərəfindən bütün zəruri sənədlər hazırlanaraq sədrə təqdim edilir. 3 gün əvvəldən isə bütün sənədlər komissiya üzvlərinə çatdırılır. İclas günü isə ayrı-ayrı şəxslərin müraciətləri müzakirə olunur. Nəticədə ya şəxsin əfv olunması, ya da əfv olunmaması ilə bağlı tövsiyə barədə qərar qəbul edilir. Hazırlanmış siyahı Azərbaycan prezidentinə təqdim edilir. Siyahıda adı qeyd olunmuş şəxslərin azadlığa çıxması isə birbaşa prezidentin səlahiyyətində olan məsələdir".
Komissiya üzvü Novruz bayramı ərəfəsində sərəncamın imzalanacağını istisna etməyib: "Onu da qeyd edim ki, mənim Komissiyaya üzv seçilməyim mənə, həmçinin vətəndaş cəmiyyətinə prezident tərəfindən göstərilən böyük etimaddır. Mən də bu məsuliyyəti dərk edərək, işimi qurmağa çalışacağam. Həmçinin, Komissiyada görkəmli dövlət və ictimaiyyət xadimləri təmsil olunur. Onların bəziləri uzun müddət Komissiyada fəaliyyət göstərib. İndi mənim əsas işim onların təcrübəsindən yararlanmaqdır. Hələlik Əfv Məsələləri Komissiyasının iclasları keçirilməyib. Lakin iclasların keçiriləcəyi və ölkə başçısı İlham Əliyev tərəfindən Novruz bayramı ərəfəsində sərəncamın veriləcəyi gözlənilir".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı