Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2016
15:16
Azərbaycanda orta aylıq əmək haqqı 466 manatı keçib

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci il ərzində 5% artaraq 466,4 manat olub. 

FaktXəbər-in  Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 495,8 min nəfər olub, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektoru, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,6%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Qeyd edək ki, orta aylıq nominal əmək haqqının illik artımı ABŞ dolları ekvivalentində müqayisə olunarsa, hazırda bu, təxminən 301 dollara, bir il öncə isə 566 dollara bərabər olub, yəni, dollar ifadəsində bu göstərici 2015-ci ildə 47% azalıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
413

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru