Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2016
15:38
Medvedev: ABŞ və Səudiyyə Üçüncü Dünya müharibəsi istəyirmi?

Rusiya baş naziri Dimitriy Medvedev Suriyada başlayacaq mümkün bir quru əməliyyatının dünya müharibəsinə dəvətnamə verəcəyi mənasına gələcəyini bildirərək "ABŞ, Rusiya və hətta Türkiyə dünya müharibəsinin qarşısını almalıdır", - deyib.

FaktXəbər-in məlumatına görə, Almaniyanın Münhen şəhərindəki 52-ci Təhlükəsizlik Konfransından qabaq bəyanatlar verən Medvedev, "Səudiyyə Ərəbistanı Suriyaya qurudan girdiyi təqdirdə, bölgədəki başqa ölkələr də avtomatik olaraq münaqişədə iştirak edəcək. Buna görə də həm ABŞ, həm də Səudiyyə Ərəbistanı onlarla il davam edəcək və hətta bütün dünyanı içinə çəkəcək yeni dünya müharibəsinin başlamasını istəyirmi? Məlum olduğu kimi, xüsusilə Ərəb dünyasında belə bir müharibə bir dəfə baş verəndə, hamı hamıya qarşı vuruşmağa başlayır", - deyə bildirib. 

"Suriyada baş verən müharibə kimsənin xeyrinə olmayacağına görə, ABŞ və Rusiyanın və hətta müəyyən miqdarda Türkiyənin də tətbiq edəcəyi sərt addımlarla tərəflər danışıqlar masasına geri çəkilməlidir. Hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin başlanmasını kimsə istəmir", - söyləyib Medvedev.

Digər tərəfdən Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov İŞİD terrorçuları əleyhinə koalisiyanın Suriya-Türkiyə sərhədində 45 kilometrlik təhlükəsiz zona yaratmaq cəhdlərini qəbul etmədiklərini deyib. Sıromolotov, "Koalisiya üzvlərinin Dəməşq və Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriya torpaqlarına əsgər göndərməsini birbaşa hərbi müdaxilə olaraq görürük", - deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
135

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
327

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
293

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
222

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
330

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
338

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 09:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru