Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
11:09
Ağ Evin qarşısında 30 il piket keçirən qadın vəfat edib FOTO-VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, 30 ildən artıqdır ki, nüvə silahının əleyhinə və sülh naminə Ağ Evin qarşısında piket keçirən qadın ABŞ paytaxtında dünyasını dəyişib. Onun ölüm səbəbi və yaşı dəqiq məlum deyildi. Ehtimal olunur ki, onun 80 yaşı olub.

Qadının həyatı barədə çox az məlumat var. Məlumdur ki, 1960-cı ildə  İspaniyadan ABŞ-a miqrasiya edib. Əvvəlcə İspaniya səfirliyində çalışıb, sonra bir italyanla ailə qurur və bir qız uşağını övladlığa götürür. Sonradan Piçottonun dediyinə görə, o, bu qərara gəlib ki, həyat yoldaşı qeyri-qanuni yollarla uşaqları övladlığa götürür. Onlar boşanırlar, qızı isə kişi öz öhdəsinə götürür. Piçotto bir daha heç bir zaman onu görmür.

1981-cı ildə qadın  sülh naminə hərəkatın aktivistlərinə qoşulur və öz 2 həmfikiri ilə birlikdə ABŞ prezidentinin  rezidensiyasının  qarşısında öz məntəqəsini qurur. Lakin nüvə silahının silahlandırılmadan çıxarılması barədə çoxsaylı petisiyalar heç bir nəticə vermir, bir dəfə də olsun Konqresdə müzakirə mövzusu olmur.

Polis və AB Eviin mühafizəçiləri  qadının dinc aksiyasına mane olmurldular. Ancaq qanunla piket nəzarətsiz qala bilməz. Bu səbəbdən  son zamanlar qadının  yardımına bir sıra aktivistlər gəlirdilər və  növbələşirdilər.

Bu illər ərzində Piçotto ("Konni", yaxud "Konçitta", dostları onu belə çağırırdı) Vaşinqtonun əsas simvollarından birinə çevrilir. Əllə yazılmış plakatlar şəhər sakinləri və tursistlər yaxşı tanıyır. O, hətta "Farenqeyt9/11" və "Orakula Pensilvaniya Avenyu" sənədli filmlərində də qeydə alınıb.

Çadırda qadının papaqlı, mövsümə uyğun olmayan isti paltarı və  kövrək görünüşü ətrafdakılarda maraq, rəğbət, bəzən isə çaşqınlıq yaradırdı. Konçittanın özü isə bu missiyası barədə deyirdi: "Mən burda olmalıyam. Bu - mənim həyatımdır".

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
531

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
430

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
657

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru