Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2016
15:34
Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olunub - FOTO

Ağsu rayonuna güclü qar yağıb. Dağətəyi və düzən ərazilərdə qarın qalınlığı 10-15 santimetrə, dağlarda isə 20-25 santimetrə çatıb.

Yağan qar rayonun şimal-qərb ərazisindəki 8 yaşayış məntəqəsində elektrik enerjisində fasilələrə səbəb olub. Ən çox çətinlik isə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində yaranıb.

Yanvarın 26-da səhər saatlarında etibarən qarın fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlərə başlanıb. Dolaylarda yolların qardan təmizlənməsinə Ağsu 6 saylı yol istismar idarəsinin 20 nəfər işçisi və texnikası cəlb edilib. İlkin olaraq sərt döngələr və sürüşmə zonaları təmizlənib, yolun həmin hissələrinə duz və qum səpilib. Hazırda bu ərazidə avtomobillərin hərəkətindəki çətinliklər tamamilə aradan qaldırılıb.

Bununla belə, zərurət yaranmasa, gediş-gəliş üçün Ağsu dolaylarından istifadə olunması məsləhət görülmür. Yola çıxarkən avtomobillərin sazlığına ciddi diqqət yetirmək, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və şinlər üçün zəncirlərdən istifadə etmək tövsiyə olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19196

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19172

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18748

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24291

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18731

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18886
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 09:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru